Oğrunun xofu
Azərbaycanın özünəməxsus maddi-mənəvi mədəniyyət abidələrini, incəsənət nümunələrini, mətbəxini və s. dəyərlərini oğurlayaraq özününkü kimi təqdim edən ermənilər hələ də mənfur xislətlərindən əl çəkə bilmirlər. Oğru xislətləri hətta o yerə çatıb ki, müasir musiqi nümunələrimizin bəstəkarı və müğənnisi var olduğu halda, müəlliflik hüququnu da eynlərinə almayaraq bu yolla davam edirlər. Taladığını talayan, işğal etdikləri ərazilərimizdən apara bilmədiklərini dağıdan vandallar oğurluq etdikləriylə niyə varlanmadıqlarını anlamasalar da, qaraçı xislətində qalmaqdadırlar. Hələ bu azmış kimi, əlləri çata bilmədiklərinə dillərini də uzadırlar. Xaotik, qarışıq ab-havanın, məğlubiyyət acısının hökm sürdüyü Ermənistan mətbuatı daha bir üzüntüsündən xəbər verir. Sitat: “Azərbaycan hakimiyyəti işğal altındakı erməni Şuşisində (Azərbaycanın Şuşasında - N.O.) daha bir festival keçirməyi planlaşdırır. Festival sentyabrın 18-dən 24-dək keçiriləcək və Üzeyir Hacıbəyovun adını daşıyır. Açıq havada keçiriləcək festivalda ABŞ və Polşadan olan simfonik musiqi nümayəndələrinin çıxış edəcəyi gözlənilir”...
Beləcə, bizlərdə qiymətli nə varsa, oğurlayan, amma elə köçəri kimi yaşamaqda davam edən ermənilər hərdənbir atalar sözlərimizə də baxsınlar. Bəlkə ordakı mənanı “oğurlayıb” olmayan şəxsiyyətlərinə tətbiq edələr ki, yer üzündən birdəfəlik silinməkdən xilas ola bildilər: “Yalan ilə dünyanı gəzmək olar, amma qayıtmaq olmaz!”.
Paralel.az, Nigar