Baş nazir fransalı həmsədrlə Qarabağdan danışdı
Ermənistanın Baş naziri Nikol Paşinyan ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti ilə görüşüb.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər görüş zamanı Qarabağ məsələsini müzakirə edib.
Daha əvvəl fransalı həmsədr Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşmüşdü.
Paralel.az