Hər bir millətin şərafətinin birinci şərti onun istiqlalıdır
Araşdırmaçı jurnalist Baba Allahnəzərov yazır:
"Sabah Cənubi Azərbaycanda milli-azadlıq hərəkatının rəhbəri olmuş mütəfəkkir və siyasətçi Şeyx Məhəmməd Xiyabaninin öldürüldüyü günlə bərabər həm də Azərbaycan Milli-Azadlıq Hərəkatımızın bir zaman aparıcı simalarından olmuş dissident şair, İsfəndiyar Əli oğlu Bərxu -İsfəndiyar Coşqunun doğum günüdür...
..."Şərafətlə, namusla ölmək şərafətsiz diri qalmaqdan yaxşıdır".-deyən Xiyabani ölümündən əvvəlki iki gecəni evində qaldığı Hacı Şeyx Həsən xanın Təbrizin yeni valisi Müxbirəssəltənədən onun üçün can təhlükəsizliyi istəmək təklifinə isə Xiyabani belə cavab vermişdir: “Mən ölməyi təslim olmaqdan üstün tuturam. Düşmənlərin qarşısında diz çökmərəm. Mən məşrutiyyət dövrünün uşağıyam, Ərəb xilafətinə baş əyməyən Babək Xürrəminin sülaləsindənəm”.Və bununla da Sentyabrın 14-də Xiyabani öldürülməsi ilə Cənubi Azərbaycan türkləriin istiqlal mübarizəsinin daha bir səhifəsi faciəli şəkildə sona çatdı...
...İkinci qəhrəmanımızı hərəkatımızın köhnə qvardiyaçıları yəqin ki. yaxşı tanıdılar. 1948-ci ilin əvvəllərində İsfəndiyar Bərxu və İsmayıl Təriqpeyman “Gənc Qvardiçilər” (Qvardiyaçılar) adlı təşkilatda başlayan İsfəndiyar Çoşqun Azərbaycan Demokrat Firqəsində. sonralar isə Bakıda 1987-ci ilin əvvəllərində Bəxtiyar Tuncay, rəssam Tofiq Aslan, hüquqşünas Fuad Ağayev, Ənvər Yusif Börusoylu və Məhəmməd Hatəmi Tantəkin birlikdə “Çənlibel” Elmi-Ədəbi Birliyində, 1988-ci ilin oktyabrın 30-da Hatəmi Tantəkinin başçılığı altında yaradılmış Azərbaycan Xalq Hərəkatı Cəbhəsində, ( Müvəqqəti Məsləhət Şurasına üzv kimi ) 1989-cu ilin mayın 21-də İ.Coşğunun ümumi rəhbərliyi altında “Birlik” Cəmiyyətinin təsis yığıncağında İdarə Heyətinin üzvü kimi meydanlara gətirir. O,şerləri ilə xüsusi fəallıq göstərirdi. 1989-cu ilin iyunun 4-ü və 11-də “Spartak” stadionunda keçirilən mitinqin təşkilatçılarından biri də İ.Coşğun idi.Həmin ilin iyulun 8-də keçirilən nümayiş isə dağıdıldı, 31 nəfər adam, o cümlədən, İ.Coşğun da həbs edildi. Ona qarşı Azərbaycan SSR Cinayət Məcəlləsinin 188-ci maddəsinin 3-cü və 4-cü bəndinə və 189-cu maddəsinin 1-ci bəndinin 2-ci yarımbəndinə əsasən cinayət işi qaldırıldı. İyulun 21-də onu və digər dustaqları Şüvəlandakı 3 saylı istintaq təcridxanasına köçürdülər. Bir dəfə isə kameraya qaz buraxdılar. Bu qaz İ. Coşğunun pisləşməkdə olan səhhətini bir az da ağırlaşdırdı. Avqustun 9-da onu həbsxanadan buraxdılar.
Həbsxana həyatı onun səhhətinə ağır təsir göstərdi və o, bir daha siyasi mübarizəyə qayıda bilmədi.
1991-ci ilin avqustun 23-də dünyasını dəyişir Beləliklə də 62 illik ömrünün 50 ilə yaxın bir hissəsini o taylı bu taylı Azərbaycanın Azadlığı ,İstiqlaliyyəti və Birliyi uğrunda dönmədən mübarizə aparan ,Azərbaycanın el şairi İsfəndiyar Coşqun Əli oğlu Bəxru ömrünü övladlarına və silahdaşlarına tapşıraraq əbədiyyət dünyasına qovuşdu ...Onun Quzey Azərbaycanı müstəqil görmək arzusu həyata keçdi ...Bütöv Azərbaycan isə gələcək nəsillərin boynundadır
İsfendiyar bəyin çox möhtəşəm şerləri var. Hər şeri bir ordu, hər misrası da bir vulkan..
Sonra İsfəndiyar qısa nitq edir
Nemət çıxış edir ,izdiham susur
Danışır Hatəmi ,Əbülfəz ,Mənsur
Diqqətlə dinləyir ,hamı onları
Danışır bu günün qəhrəmanları..!
Ümumiyyətlə onun "Yamamışam .yazammaram .","Qorxulu heykəl "."Bəsdir daha yatdığımız ",."yest takaya partiya ","Vəzirov ",,"Hökmdar ",və b. kommunist partiyasını və sovet rejimini ifaşa edirdi...
Mən isə çox şadam ki ,onunla "Birlik "cəmiyyətində çiyin -çiyinə mübarizə aparmışam
Allah Rəhmət Eləsin .!"
Paralel.az