Ölüm yayan energetik içkilər

Ölüm yayan energetik içkilər
 
Paralel.az xəbər verir ki, son zamanlar gənclər arasında böyük popularlıq qazanan və onların sevimli içkilərinə çevrilən «energetiklər», əslində təhlükə mənbəyidir. Uzun müddətdir ki, bu içkilərin təhlükəsi barədə dünya mediası da həyacan təbili çalır. Cəmiyyətdə də, bu içkilərə münasibət birmənalı deyil. Bununla belə, yaşlıların «ölüm içkisi» adlandırdıqları bu içkini gənclər enerji mənbəyi hesab edirlər. Rusiyalı həkim-dietoloq Elena Solomatina isə hesab edir ki, ürək-damar sistemində problemi olan insanların energetik içkilər qəbul etməsi təhlükəlidir və hətta, ölümlə nəticələnə bilər. Həkim qeyd edir ki, bu içkinin effektini və təsirini artırmaq üçün ona çox böyük həcmdə şəkər, kofein və digər zərərli maddələr qatırlar ki, bu da ilk növbədə təzyiqin artmasına səbəb olur. Daha sonra isə infarkt və unsult halları baş verir. Həkim-dietoloq Elena Solomatina
onu da qeyd edib ki, ürək-damar sistemində problemi olmayan insanlar bu içkilərdən az miqdarda qəbul edə bilərlər. Ən yaxşısı isə imkan olduqca, bu içkilərdən uzaq olmaqdır. 
0.023871183395386