Marsda yaşamaq mümkündür

Marsda yaşamaq mümkündür
 

Paralel.az xəbər verir ki, tədqiqatçılar Marsda yaşamağın mümkünlüyünü söyləyib. Onlar uzun müddətdir orada su olduğunu vacib məlumat hesab ediblər. Deyilənə görə, nümunələrin öyrənilməsi üçün götürülən qaya çox güman ki, vulkan mənşəlidir. Kristal mineralların olması isə elm adamlarına qayanın əmələgəlmə vaxtını təyin etməyə kömək edəcək. Qeyd edilib ki, əvvəllər kraterin dibində “böyük göl” nəzəriyyəsinin səhv ola biləcəyi söylənirdi. Tədqiqatçılar indi də qaya nümunələrində duzların olmasını deyiblər. Yəni yeraltı sular axanda qayada duzlar əmələ gələ bilərdi. Tədqiqatçılar daşın suyu səthindən buxarlanandan sonra qalmış olduğunu da ehtimal edirlər. Məlumata görə, qaya nümunələrindəki duz kristallarında hələ də Mars suyu baloncukları ola bilər. Bu vəziyyətdə Qırmızı Planetin qədim iqlimi və

orada yaşamaq imkanları ilə tanış olmaq imkanı əldə ediləcək: “Səthindəki göl quruyandan sonra qrunt suları qayanın dərinliklərində uzun müddət qala bilər. Hər iki nümunə hazırda roverin içərisində möhürlənmiş titan qablarda saxlanılır. Daha sonra rover ilk nümunələrin alındığı yerdən 200 metr aralıdakı daha qədim bir qayadan nümunələr toplayacaq”.

Tədqiqatçılar hesab edir ki, rover Mars torpağının kəşfiyyatı zamanı nə qədər fərqli “anbarlar” yaradarsa, gələcək missiyaların nümunələri toplamaq imkanı da əldə ediləcək.

Nigar

0.022511959075928