Yollarda zay olan meyvə-tərəvəz
Yol polisi fermerlərin bazara çıxmasına ciddi əngəllər yaradır
Bütün dövlət qrümları qeyri-neft sektorunun inkişafından, o cümlədən də kənd təsərrüfaktı istehsalının genişləndirilməsi və keyfiyyətinin artırılmasından çox danışır. Son 30 illik təcrübə göstərir ki, biz yalnız bu barədə bəlağətli ifadələrlə danışırıq. amma əməli-işdə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində çox az işlər görürük. Statistik rəqəmlərə müraciət etsək görərik ki, illər üzrə aqrar sahəyə milyardlarla vəsait qoyulsa da, bu istiqamətdə irəliləyiş 3-6 faizdən yuxarı göstəricilərlə müşahidə edilə bilməyib. Müstəqillik dönəmində aqrar sahəyə dövlət büdcəsindən 40 milyard manata qədər vəsait xərclənib. Buna rəğmən ölkənin kənd təssərüfatı məhsullarına olan yerli tələbatının 40 faizi qədər məhsul istehsal edilir. Qalan 60 faiz tələbatı isə idxal məhsulları hesabına qarşılanır.
Belə bir şəraitdə fermerlərin məhsullarını bazara çıxarmaçında ciddi əngəllər var. Yəni yerli tələbatın cəmi 40 faizi qədər məhsul istehsal edirik, bunun da bazarlara çıxışına əngəllər yaradırıq.
Paralel.az-ın müxbirlərinin bu gün səhər saatlarında Səngaçal yaxınlığındakı Dövlət Yol Polisi postunda apardığı müşahidələr bir daha təsdiqləyir ki, fermerlərin məhsulunu bazara çıxarmasında yol polisi ciddi əngələ çevrilib. Postu keçərkən cərimə meydançasında saxlanılan bir neçə yük maşını diqqətimizi cəlb etdi. Maraqlananda bəlli oldu ki, cərimə meydançasında saxlanılan hər üç maşın meyvə-tərəvəzlə doludur. Postun komandiri məlumat verdi ki, maşınlardan birinin öz sənədində, digərlərinin isə yükünün sənədində problem var. Təsəvvür edin, üç maşın meyvə-tərəvəz yolda saxlanılaraq məhv edilir, heç kim də məsuliyyət daşımır. Yük sahibləri ilə söhbət zamanı dedilər ki, heç bir postda standart sənəd tələb edilmir, sürücülük vəsiqəsi və malın arayışını yoxlayıb buraxırlar. Bu gündən isə Qaradağ postunda adını ilk dəfə eşitdiyimiz sənəd istəyirlər, - yük sahibləri deyir. Yük sahiblərindən biri isə pıçıltı ilə dedi ki, bizdən yükümüzün dəyərindən çox rüşvət istəyirlər. Yol polisi isə rüşvət almaq barədə söhbətin belə getmədiyini dedi.
Fakt isə ondan birarətdir ki, Bakıda od tutub yanan meyvə-tərəvəz yollarda bu gür saxlanılaraq zay edilir. Bir tərəfdən fermerlər zərərlə quyunun dibinə salınır, digər tərəfdən isə bazarlarda qıtlıq dərəcəsi bir qədər də yüksəlir.
Akif Nəsirli