Erməni sakin: “Səhv etdiyimi anlayıb öz ərazimizə qayıtmaq istədım”...

Erməni sakin: “Səhv etdiyimi anlayıb öz ərazimizə qayıtmaq istədım”...
 

 

Paralel.az xəbər verir ki, ermənilər hələ də yeniliyə alışa bilmirlər. Erməni mətbuatına görə, “Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri Sünik rayonunun Tex kəndində müvəqqəti məskunlaşan Dağlıq Qarabağ sakininə məxsus UAZ markalı avtomobili qaçırıb”. Xəbərdə deilir: “UAZ avtomobili ilə Qarabağa gedib geri qayıdanda tarlalardan keçmək qərarına gəldim. Azdım və maşınla Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında olan əraziyə, yəni dəhlizə daxil oldum. Səhv etdiyimi anlayıb öz ərazimizə qayıtmaq istədim, amma yanacaq bitdi. Maşını tərk edərək yanacaq almağa getdim. Qayıdanda gördüm ki, maşın yoxdur. Hadisə barədə həm sərhədçilərə, həm də sülhməramlılara məlumat verilib”. Göründüyü kimi, ermənilərin hələ də “burnunda köhnə hava qalıb”.

Nigar

 

0.016669034957886