Valideynlər narahatlıq keçirir
Məlum olduğu kimi, sentyabrın 22-29 tarixində orta məktəblərin ibtidai və yuxarı siniflərində ənənəvi dərslərə başlanılacaq. Bunu çoxdan gözləyən şagird və valideynlərin fəqət bir narahatlığı var.Valideynlər söyləyir ki, bütöv sinif şagirdləri dərs prosesində partada cüt şəkildə oturacaq. Maskadan istifadə isə sərbəstdir: “Hibrid dərsdə şagirdlər iki qrupa bölünüb partada tək-tək otururdusa, xəstəliyin yayılma ehtimalı az idi. Dərslər başlayanda isə onlar cüt şəkildə oturacaqsa, xəstəliyin yayılma ehtimalı da çoxalır. Belə olan şəraitdə, ara məsafəsi necə gözlənə bilər?!Yuxarı sinif şagirdi daşıyıcıdırsa, xəstəliyin keçmə ehtimalı var. Bu məsələ bizi çox narahat edir və hansısa formada çıxış yolu göstərilməlidir”.
Nigar
Paralal.az