Ermənistan parlamentində yeni qalmaqal

Ermənistan parlamentində yeni qalmaqal
 

Parlamentin spiker Yunanıstan kurortunda rəqs edərkən kameralara yaxalandı

Paralel.az xəbər verir ki, Ermənistan parlamentində bu gün yenə ara qarışıb. Belə ki, deputatlardan bəziləri parlament sədri Alen Simonyandan tələb ediblər ki, son günlər sosial şəbəkələrdə yayılan video-çarxla bağlı açıqlama versin. O isə şəxsi həyatını müzakirə etməyəcəyini bildirib və mübahisə yaranıb.

Erməni KİV-də yayılan videoda Alen Simonyan və Nikol Paşinyanın qaynı Qraçya Akopyan Yunanıstandakı kurortlardan birində rəqs edirlər. Müxalifət və sosial şəbəkə istifadəçiləri qəzəbləndirən odur ki, bunlar hansı pulla və hansı ruhla kurorta gedirlər?!

Sosial şəbəkələrin erməni seqmentində hər iki deputat nalayiq ifadələrlə təhqir edilir və 44 günlük müharibənin nəticələrinə rəğmən hökumət və parlament üzvlərinin bu gür hərəkətlərə yol vermələri mənəvi baxımdan ağılasığmaazdar. Feyzbuk sosial şəbəkəsində itkin anası post paylaşıb ki, hökumət və parlament üzvləri mənim oğlumun heç olmasa nəşini tapıb mənə verməkdənsə, kurortlarda kef çəkirlər.

Akif Nəsirli

0.055283784866333