Görus-Qafan yolunda Azərbaycan gömrük-nəzarət rejimi tətbiq edilir
Ermənilər İran TİR-larının Azərbaycan ərazisində gömrük rüsumu ödəməsindən çox narahatlırlar
Bir neçə həftə əvvəl İranla Ermənistanı birləşdirən Görus-Qafan yolunun bağlanması qalmaqalı bütün dünyaya yayılmışdı. Bir neçə sutka sözügedən yolun bağlanmasına ermənilər dözmədi, amma Azərbaycan əraziləri 30 ilə yaxın bir müddətdə erməni işğalı altında qaldı və bu müddət ərzində həmin ərazilərdəki bütün yaşayış məntəqələri talan edildi, dağıdılaraq xarabazara çevrildi. İndi isə ermənilər istəyir ki, işğaldan azakd etdiyimiz ərazılərimizdən öz torpaqları kimi, haqqı ödənilmədən istifadə etsinlər. Bu isə yolverilməzdir, hətta, düşmənə rüsumla yol vermək də müzakirə predimeti ola biləır.
Paralal.az xəbər verir ki, Ermənistan mətbuatı Azərbaycan gömrükçülərinin Gorus-Qafan yolundan keçən İran yük maşınlarından aldığı ödənişin qəbzini paylaşıblar. Ermənilər bununla dünyaya bəyan etmək istəyirlər ki, Azərbaycan tərəfi bir neçə həftə əvvəl Gorus-Qafavn yolunu məhz bu rejimi tətbiq etmək üçün bağlayıbmış. Guya bu ödəniş qəbzini yaymaqla Azərbaycanın reytinqinə "böyük zəribə" vuracaqmışlar. Əslində isə istənilən ölkənin ərazisindən başqa dövlətə məxsus yüklər keçrilərkən onların yoxlanması və gömrük rüsumunun alınması beynəlxalq normadır. Hələ Azərbaycan bu rejimi tətbiq etməkdə bir neçə ay ləngiyib. Gorus-Qafan yolunda gömrük rejiminin tətdiq edilməsindən Azərbaycan yalnız iqtisadi deyil, həm də siyasi divident götürür. Beləki, 44 günlük müharibənin ilk günlərindən İrandan Ermənistana şübhəli yüklərin daşındığına dair ciddi şübhələr var idı. Bu barədə həm yerli, həm də beynəlxalq media ardıcıl məqalələr dərc edirdi. Artıq gömrük rejiminin tətbiqi ilə İrandan Ermənistana gedən bütün yüklər Azərbaycanın nəzarəti altında olacaq. Bu ölkəmiz üçün xüsusi əhəmiyyətə malik məqamdır.
Akif Nəsirli