Alim Süleymanov vəfat edib

Alim Süleymanov vəfat edib
 


Paralel.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Alim Süleymanov 66 yaşında koronavirusdan vəfat edib.
Qeyd edək ki, A.Süleymanov 1955-ci ilin sentyabrın 22-də Zəngilan rayonunda anadan olub.
O, Azərbaycan Dövlət Universiteti, tarix fakültəsini bitirib, Bakı Dövlət Universitetinin aspiranturasında təhsil alıb.
2014-2015-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Ümumi şöbənin müdiri vəzifəsində çalışıb.
2015-ci ilin iyul ayından Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Aparat rəhbəri idi.

Röyal

0.013297080993652