ABŞ ermənilərdə əsassız ümid yaradır

ABŞ ermənilərdə əsassız ümid yaradır
 
Əfqanıstandakı biyabırçı hərbi və Qarabağ münaqişəsinin ədalətli həllində diplomatik uğursuzluğa düçar olmuş ABŞ ən azı Qafqazda nüfuzunu bərpa etmək üçün çaba göstərir. Minsk Qrupunun 27 illik üzvündən biri kimi bu müddətdə imkanı olduğu halda qarşıdurmanı dinc vasitələrlə nizamlaya bilməyən ABŞ 44 günlük müharibədən də nəticə çıxarmaq istəmir, indi də ermənilərə əsassız ümidlər verməyə cəhd göstərir. Belə ki, tez-tez Azərbaycan-Ermənistan sərhəddində xortlayan ABŞ-ın İrəvandakı səfiri Linn Treysi yenidən köhnə bayanatını səsləndirərək artıq müharibə ilə gorbagor olmuş status və ATƏT-in Minsk Qrupu haqqında danışaraq deyib ki; “ Dağlıq Qarabağın statusu məsələsi Minsk Qrupunun himayəsi altında keçirilən danışıqların gündəmində qalıb”. Bu fikri söyləyən səfir unudur ki, faktiki indiki vəziyyətdə Minski Qrupunun özünün statusu yox kimidir. Azərbaycan prezidenti də bu barədə fikirlərini açıqca bildirərək bəyan edib ki, bizim Minsk Qrupuna ehtiyacımız yoxdur, çünki təşkilat 28 illik fəaliyyətsizliyi ilə faktiki özünü oyundankənar vəziyyətə salıb. Şübhəsiz Amerikanın bu mövqe sərgiləməsi səbəbsiz deyil. Əvvala ABŞ istəmir ki, problemin həllində aparıcılıq Rusiyada olsun, ən azı şəriklik etmək istəyir, ikincisi ABŞ administrasiyası bu yolla Amerikada yaşayan və sayı təxminən 3 milyona çatan ermənilərin rəğbətini - seçkilərdə səsini qazanmağı hədəfləyir. Amma Amerikanın erməniləri ümidləndirən bəyanatlarının sonu elə ermənilər üçün acınacaqlı ola bilər. Çünki sirr deyil və bunu Ağ Ev də yaxşı bilir ki, müharibə 44 gün deyil, 50 gün davam etsəydi indi onlar nəinki statusdan hansısa Minsk Qrupunda danışardı, əksinə Azərbaycan ordusunun Göyçə gölündən geri çəkilməsi xahişi ilə saatlarla Azərbaycan prezidentinin qəbulunda görüş gözləyərdilər. Bu hay tayfası da dimdiyindən tələyə düşən qarğa kimi kim nə vəd verir inanırlar. 
        
Paralel.az
 
Səma
0.01894211769104