PROFESSOR QUBAD BƏYİN 50 YAŞINA DUAM OLSUN

PROFESSOR QUBAD BƏYİN 50 YAŞINA DUAM OLSUN
 

Siracəddin Hacı

QUBAD bəyi 30 ilə yaxındır ki, tanıyıram, tanıdığım sadəcə Qubad bəy deyil, gözəl anasını, dilindən dua, əlindən pay aldığım, sevgili HƏQİQƏT xanımı da, fədakar ömürdaşı İRADƏ xanımı da, dayısı, dəyərli yazıçı CƏMİL ƏLİBƏYOVU da, ağıllı qardaşlarını da, istedadlı övladlarını da, Azərbaycana elmi yardım etməyə gücü çatan dostlarının bir çoxunu da, şəfa olan suyunu içdiyi, bərəkət qaynağı olan havasını udduğu, elmi, əməyi, gülüşü çox sevən doğulduğu torpağı və bu torpağın xeyirli insanlarını da tanıyıram.
Qubad bəy sadə, təvazökar, çox çalışqan insandır, Allaha inanır, əli, dili, evi, işi harama bulaşmadı, gerçək elmi var, elmini Avropa, Amerika, İngiltərə təsdiq etdi, BMT-nin elçisi oldu, dövlətlər onun elmindən istifadə etdi, edir, edəcək. Yüzlərlə tələbə yetişdirdi, ciddi beynəlxalq əlaqələr qurdu, Azərbaycanı, Qarabağı tanıtdı, səbirli, cəsur və iradəlidir, iftiralara boyun əymədi, təhdidlər qarşısında geri çəkilmədi, yoluna davam etdi, edir, edəcək.
Qubad bəy siyasi liderdir, hakimiyyət iddiası var, Azərbaycan hakimiyyətinə münasibətini 3 ölçü üzərində qurub: dəlilli tənqid edir, hakimiyyətin doğru işini dəyərləndirir, ən önəmlisi, Azərbaycanın inkişafına yol açacaq, elmi baxımdan əsaslandırılmış proqramlar təklif edir, hakimiyyətə düşmən kimi deyil, rəqib kimi baxır, qapını açıq tutur, Milli birliyə çağırır.
Alimlərin çox sevdiyi Qubad bəyə 50 yaşda, gözəl yaşda ailə səadəti, sağlamlıq, elm, siyasi yüksəliş üçün Allaha dua edirəm.
ALLAH Azərbaycanın şərəfli və ağır yükünü QUBAD bəyin çiyninə qoysun!
Amin!

0.078267097473145