Xüsusi təyinatlılar terrorçuları zərərsizləşdirib

Xüsusi təyinatlılar terrorçuları zərərsizləşdirib
 

 Türkiyə ordusunun xüsusi təyinatlı qüvvələri PKK terror təşkilatının Suriya qanadının bir neçə silahlısını zərərsizləşdirib.
Paralel.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin sosial şəbəkədəki səhifəsində bildirilir.
Qeyd edilir ki, Türkiyə hərbçilərinin zərbəsi nəticəsində 4 terrorçu zərərsizləşdirilib. Onlar Suriyanın şimalında "Barış pınarı" əməliyyatı zonasına hücum hazırlayırdılar.

0.012401819229126