Ramin Bayramlı yola salınır?
Paralel.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlının tutduğu vəzifədən azad edildiyi barədə xəbər yayılıb.
Hələlik Ramin Bayramlının vəzifədən azad olunması və səbəbləri barədə rəsmi informasiya yoxdur, yəqin ki, bu barədə yaxın saatlarda məlumat olacaq.
TƏBİB-in mətbuat xidmətinin rəhbəri Elnarə Baxış xəbəri nə təkzib, nə də ki, təsdiq edib. “Dəqiqləşdirib deyərəm” kəlməsi ilə kifayətlənib.
Qeyd edək ki, son zamanlar TƏBİB-lə bağlı cəmiyyətdə və mediada çox ciddi pozuntular yer alır və Ramin Bayramlının barəsində rüşvət, korrupsiya və digər nöqsanlar barədə çağırışlar eşidilir.
Züleyxa