Osman Gündüz:"Cıdır düzündən müşahidə etdim ki, ən hündür ərazidə artıq 4 qüllə var"
Osman Gündüz yazır: "Əvvəllər Şuşada ən hündür yerdə yalnız bir qüllə-ötürücü stansiya görsənirdi.
Hansı ki, o da sovetdən qalmışdı və 20 il qeyri-qanunin olaraq Karabakh Telecom ondan istifadə etmişdi. Döyüşlər vaxtı ermənilər ondan hərbi məqsədlər üçün də istifadə etmişdi.
Cıdır düzündən müşahidə etdim ki, həmin ən hündür ərazidə artıq 4 qüllə var.
Güman ki, bizim mobil operatorlarımız və teleradio qurumu da mobil rabitə və internet üçün və TV yayım üçün ötürücü stansiyalarını qurublar.
Hələlik Şuşada yalnız mobil internetdən, data kartlardan istifadə olunur.
Çox yaxşı olardı ki , Şuşa şəhərində qısa zamanda ictimai bir Wi-Fi şəbəkəsi qurulsun.
Diqqətimi cəlb etdi ki, burada yeni tikildiyi görsənən balaca bir binanın damında da günəş panelləri quraşdırılıb. Doğru yanaşmadır.
Hündür binaların da başında artıq baza stansiyalar qurulub.
İnanıran ki, Şuşa da "Ağılıı şəhər" prinsipləri ilə qurulacaq.
Yeri gəlmişkən, Kapital Bank rəhbərliyinin diqqətinə çatdırıram ki, burada hələlik yalnız bir mağazada bankomatları var və o da işləmirdi."
Paralel.az