"NƏSLİMDƏ 61 HÜQUQŞÜNAS VAR!"
Həbs olunan sabiq baş prokuror Eldar Həsənov deyib: "Əgər ölsəm, nəslimdə 61 hüquqşünas var. Ən azı onlardan biri mənim hüquqlarımı müdafiə edəcək".
İdris Abbasov yazır: "Belə qəbilə təfkkürünə sahib insanlar idarəçilikdə təmsil olunublarsa, deməli, ölkə çox primitiv və təhlükəli tayfabazlıq üsul-idarəsinin diktəsi altında olub. Bu cür ortamda milli dövlətçilik idealları cücərib bar verərmi?!
Bəs nəslində 61 yox, 1 nəfər də olsun, hüquqşünas olmayanlar nə etsinlər, ay başbilən hüquqşünas?! Unutmayın ki, qazdığımız quyuya axır başı özümüz düşəcəyik. Ona görə də, vəzifədə olanda da, olmayanda da düşünməliyik. Varidat toplamaq haqqında yox, sivil cəmiyyət, hüquqi dövlət qurmaq haqqında!"
Paralel.az