Ramiz Mehdiyevin kürəkəni əmlaklarını sataraq pulları xaricə çıxarmağa çalışır - FOTOLAR

Ramiz Mehdiyevin kürəkəni əmlaklarını sataraq pulları xaricə çıxarmağa çalışır - FOTOLAR
 

Eks deputat, AMEA-nın prezidenti Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin 4 milyon manat vergi borcu var və Vergilər Nazirliyi həmin borcun ödənməsi üçün hərəkətə keçib.
Paralel.az xəbər verir ki, İ.Əliyevin nəzarətində olan biznesə daxil olan obyektlər büdcəyə vergi verməyiblər. Ötən ildən başlayaraq Vergilər Nazirliyinin əməkdaşları İlham Əliyevin çoxsaylı biznes obyektlərində araşdırmalara başlayıb. İlkin olaraq, 4 milyon manat verginin büdcədən yayındırıldığı üzə çıxıb. Bu rəqəmin 10 dəfə arta biləcəyi ehtimalı da var. Verilən məlumata görə, İlham Əliyev təyin olunan cəriməni ödəmək üçün 1 ay vaxt istəyib.

Eyni zamanda gələn məlumatda deyilir ki, o, nəzarətində olan varidatı tələm-tələsik “özgəninkiləşdirməyə” çalışır. Ölkənin dörd bir tərəfinə səpələnmiş malikanə və villaları da dəyər-dəyməzinə sataraq pulları xaricə çıxarmağa çalışır.

Həmin əmlaklardan biri də Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşir. Rüfət & Aynur agentliyi üzərindən satışan çıxarılan 600 kvadrat metrlik villaya görə İlham Əliyev 1 milyon 300 min manat pul istəyir. Elanda bildirilir ki, villa Şüvəlan qəsəbəsində prestijli yerdə yerləşir, yola yaxındır və 33 sot ərazisi var. Qeyd olunur ki, villa inşa ediləndən sonra orada kimsə yaşamayıb. 600 kvadrat metrlik villada 1 qonaq, 4 yataq otağı, 5 sanitar qovşaq, yardımçı otaq var. Villanın tavanının hündürlüyü 4 m, otaq qapılarının hündürlüyü 2 metr 6 santimetrdir. Villa kombi sistemi vasitəsilə qızdırılır, mətbəxdən besedkaya çıxış var. Manqal, fəvvarə, çoxlu sayda bar verən ağaclar, 3 qaraj, mühafizəçi üçün ev, camaşırxana və s. Qaz, içməli su xətti, işıq, çıxarış (kupca) da var. 

 

 

Qeyd olunur ki, İlham Əliyevə bu villanı bir neçə il əvvəl məmurlardan biri bağışlayıb. Həmin məmur icra başçısı təyin olunandan sonra İlham Əliyevi villaya qonaq çağırıb və orada açarları ona təqdim edib. Villa 1 milyon 300 min manata satışa çıxarılandan sonra məmurlardan birinin mühafizə xidmətində çalışan İslam Hüseynov müştəri düşüb. Villanı çox bəyənən müştəri 130 min manat beh də verərək tezliklə alacağını bildirib. Lakin sonradan villanın kimə məxsus olduğunu öyrənib və almaqdan imtina edib.

0.020470857620239