UCA ALLAH BUYURUR Kİ, NAMAZ QILIN- NİYƏ?

UCA ALLAH BUYURUR Kİ, NAMAZ QILIN- NİYƏ?
 

Siracəddin Hacı yazır: "Namazda bu nemətlər var:
- namaz ibadətləri özündə toplayır, ibadətlər toplusudur;
- namaz imanı, iman fitrəti, fitrət insanı qoruyur;
- namaz insanı bütün pisliklərdən qoruyur;
- namaz tərbiyə vasitəsidir, o, səbri öyrədir, iradəni gücləndirir;
- namaz zaman şüuru verir;
- namaz ağılı, qəlbi, vicdanı təmizləyir;
- səmimi qılınan namaz insana hüzur verir (namazda hüzur var);
- təmizlik var (maddi, mənəvi) – təmiz olan rahat olar;
- örtünmə var - bu, Allahdan həya etməkdir, namaz insanın həya duyğusunu tərbiyə edir;
- qiblə var - Kəbəyə yönəliş, bu, bir dəyərdir, istiqamətdir, ümmət şüuru verir;
- təslimiyyət var (ey insan, Allaha təslim ol ki, azad olasan);
- itaət var - bu, şirkin hər çeşidini rədd etməkdir, köləliyə üsyandır, itaət ancaq Allahadır;
- namaz deyir ki, ey insan, hər an özünü sorğu-suala çək, hər məsələyə tənqidi yanaşan şüurun olsun, heç bir şeyi sorğu-sualsız qəbul etmə, namaz qılan, doğru yolda – hidayətdə olan insanın namazın hər rükətində Allahdan hidayət istəməsinin səbəbi də budur;
- niyyət var - bu, şüurdur, namazın mənasını, məqsədini anlamaqdır;
- namazda şeytanla mücadilə var - namaz deyir ki, şeytan insanın açıq düşmənidir, Allaha təslim olan onu məğlub edər;
- Allaha yalvarış var - bu, duadır, dua insanın acizliyini anlamasıdır, ümiddir;
- təkbir var - o, tək böyükdür, sən qüsurlusan, ey insan;
- qiraət var - Qurani-Kərimi oxumaq Allahla ünsiyyətdir;
- rüku var - Allahdan başqa heç kimin və heç nəyin qarşısında əyilmə;
- səcdə var - bu, Allaha təslimiyyətin zirvəsidir, səcdə edən Ona yaxın olar, Ona yaxın olan azmaz;
- namazda tövhid var - Fatihə öncə Allahı tanıdır;
- namazda axirətə iman var - Fatihə deyir ki, hesab günün tək sahibi Allahdır;
- namazda oxuduğumuz Fatihə deyir ki, hesab günü insanla Allah arasında vasitəçi yoxdur, din gününün – hesab gününün hakimi təkdir, o da Allahdır;
- namazda hidayət var - mömin Allahdan onu doğru yola yönəltməsini istəyir;
- namazda qorunma var - duamız budur: Allahım, bizi azmışların, qəzəbə düçar olmuşların yolundan qoru!;
- namazda salam var - salam barış, təslimiyyət, qurtuluşdur;
- namaz təslimiyyətdir, içdən bağlılıqdır, meyvəsi səbirdir, səbir də Allahın rizasını qazanmaq üçün cihaddır, dirənişdir. Ona görə də hər mömin səbir və namazla Allahdan yardım istəməlidir;
Böyük İslam alimi Seyyid Kutub namazla Allahdan yardım istəməyi çox gözəl izah etmişdir: “Şübhəsiz, namaz Allah yolunda yürüyən möminlər üçün azuqə, susuz qalanlar üçün doya-doya içəcəkləri bir su qaynağıdır. Heç bir yardım ümidinin qalmadığı anda bir ümid, içinə girə biləcəyin ölçüdə bir dəyərli xəzinədir”.

Paralel.az

0.017916917800903