Növbəti ilin büdcəsi necə xərclənəcək?
Qubad İbadoğlu yazır: "2022-ci ildədövlət büdcəsinin xərcləri 2021-ciilin təsdiq edilmiş göstəricisinə nəzərən 1,5 faiz artıq olmaqla 28 milyard 974
milyon manat məbləğində (ÜDM-in 35,6 faizi) proqnozlaşdırılır. Gələn ilin büdcəsinin hər 100 manatından 18 manat 64 qəpiyi iqtisadi fəaliyyətə, 15 manat 53 qəpiyi müdafiə və təhlükəsizliyə, 12 manat 91 qəpiyi təhsilə, 12 manat 37 qəpiyi sosial müdafiə və təminata, 8 manat 38 qəpiyi məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluğa, 8 manat 11 qəpiyi dövlət aparatının saxlanmasına, 6 manat 60 qəpiyi xarici borclara xidmətə, 5 manat 68 qəpiyi əsas bölmələrə aid edilməyən xidmətlərə, 4 manat 98 qəpiyi səhiyyəyə, 3 manat 40 qəpiyi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığa, 1 manat 58 qəpiyi mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyətə, 98 qəpiyi ətraf mühitin mühafizəsinə, 86 qəpiyi mənzil kommunal təsərrüfatına, 69 qəpiyi elmə xərclənəcək."