Məmur işbazlar

Məmur işbazlar
 
Paralel.az xəbər verir ki, Azərbaycanda sahibkarlıqla məşgul olanların 80-90 faizi məmurlar, yaxud onlara yaxın şəxslərdir. Bugünlərdə eks-vergilər nazirinin küllü miqdarda vergi borcunun olması barədə mediada məlumatlar yayıldı. Burada qəribə nə var ki, bunu bu qədər şişirdirlər? Bir məmləkətdə ki, məmurlar və deputatlar qrupuna daxil olan hec kim vergi ödəmir, vergilər naziri nə üçün ödəməlidir?
Mən rəqəm oyununu xoşlamadıgımdan sadəcə, mətbuatda yayılan bəzi məlumatlara toxunmaq istəyirəm, çünki son zamanlar vəzifəsindən qovulan, görəvindən alınan bütün məmurların, deputatların vergi borcu oldugu ortaya çıxır. Belə də olmalıdır da, əgər Əli Həsənovun ailəsinin onlarla şirkəti və digər biznes şəbəkələri varsa və onlar da vergi ödəsələr, bəs ərəb şeyxləri kimi necə yaşayarlar? Yaxud da, bugünlərdə Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin və onun deputat  kürəkəninin sahibkarlıq subyektlərinin böyük bir siyahısı mediada dərc olunub. Onların himəyadarlıq etdiyi həmin şirkətlərə rəhbərlik edənlərin insanları müxtəlif yollarla aldadaraq pullarını əllərindən alması, vergidən yayınmaları faktları əvvəllər də mediada yayımlanıb. Amma məmur həmrəyliyi bu faktların vaxtında araşdırılmasına və günahkarların cəzalandırılmasına imkan verməyib. R.Mehdiyev vəzifədə oldugu dönəmdə kim onun qızına, kürəkəninə, gəlininə «gözün üstə qaşın var», deyə bilərdi?
Azərbaycanda mövcud olan bütün pisliklərin başında məhz bu amil dayanır- məmur toxunulmazlıgı.
Həmin mehdiyevlər, əliyevlər, səlimovlar, mahmudovlar bu gün də var, sadəcə adları başqadır. 
0.015366077423096