Quldurların bayramı

Quldurların bayramı
 
Kapitala və əmlaka amnistiya veriləcək
 
Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün icma və dövlət büdcəsinin ilkin göstəricilərinə dair açıqlamasında  qeyd olunur ki, bu illər ərzində kapital və əmlaka amnistiya verilə bilər. Məlumatda həmçinin bildirilir ki, bu addım həm də kölgə iqtisadiyyatı ilə mübarizədə və ədalətli rəqabət mühitinin yaradılmasında mühüm rol oynayacaq. Əslində, Azərbaycanda kapital və əmlak amnistiyası çoxdan verilməli idi. Bu halda , ölkəmizdə indiki qədər böyük talançılar ordusu yaranmazdı. Olmadı!
Deyəsən, indi artıq talamaga da bir şey qalmadıgından, bir çoxları ogurluqla qazandıqlarını dogruya çıxarmaq istəyir. Qoy olsun!
Amma kim buna təminat verəcək ki, həmin quldurlar yenidən talançılıqla, inhisarçılıqla və korrupsiya ilə məşgul olmayacaqlar?
Əslində, belə bir təminatı ancaq dövlət verə bilər. Amma görünəni odur ki, bu talançı dəstənin əksər üzvləri dövlət idarəedilməsində təmsil olunan, dövlətin siyasi və iqtisadi gücünü qorumalı olan  məmurlar çetesidir.
Mən qəddar adam deyiləm, amma hesab edirəm ki, həmin şəxslərdən ilk əvvəl gəlir deklarasiyası tələb edilməli, daha 
sonra isə kapitalına və əmlakına amnistiya verilməlidir. Belə olmadıgı təqdirdə, bu, talançılıga haqq qazandırmaqdan başqa bir şey olmayacaq.
 
Yusif Seyid
0.025288105010986