Çörək niyə “arıqlayır”?

Çörək niyə “arıqlayır”?
 
Hökumətin növbəti il üçün proqnozuna görə infilyasiya 4 faiz olacaq. Bəs bu il infilyasiya neçə faiz olub? Təbii, bu bizim yox, iqtsadçıların cavablandıracağı sualdır. Biz sadəcə alıcı kimi bazardakı real qiymətlərə baxıb, ehtimal kimi nəsə söyləyə bilərik. O bazar ki, az qala hər ötən gün hansısa ərzağın qiyməti artmış olur. Təkcə bir fakt: son on ayda günəbaxan yağının hər litri üçün satış qiyməti təqribən 150 faiz artıb, qənd, çay, şəkər tozu və digər ərzaq mallarında da azı 100 faiz artım var. Görəsən bu astronomiq artımlar müqabilində infilyasiya tək, yoxsa cütrəqəmli olar? Stabil qalan yalnız çörəkdir ki, burda qiymətlər artmasa da, çörəyin çəkisində azalmalar var- çörək “arıqlayır”. Anlayırıq, dünya bazarında taxılın satış qiymətində 10-15 faizlik artım var. Amma ölkədə çörəyin qiymətinin artmaması üçün hökumət taxıl ixdal edən şirkətlər üçün bir çox güzəştlər müəyyənləşdirib, o cümlədən onları 18 faizlik Əlavə Dəyər Vergisindən azad edib. Mərkəzi Bank isə artıq neçə ildir ki,özü  ziyana düşsə də valyuta bazarına müdaxilələrlə dolların kursun sabit saxlayıb. Belə olan halda, məntiqlə çörəyin və un məmulatlarının qiyməti də artmamalıdır və göründüyü kimi hər halda çörəyin satış qiyməti artmır da. Amma əvəzində işbazlar güzəştlərdən faydalanıb daha çox qazanmaq üçün çörəyin çəkisini qramla da olsa azaldırlar, həm də hər gün. Ki, bu da istehlakçı hüququnu pozmaq deməkdir. Məsələn,tutaq ki, bugün ailə təlabatına uyğun gün ərzində 250 qramlıq üç çörək alır və bu ona bəs edir. Növbəti gün isə eyni sayda çörək aldığı halda, yetərli olmur. Araşdıranda bəlli olur ki, səbəb çörəyin çəkisinin azalmasıdır. Fikrimizcə sahibkar çörək istehsalında ziyanla işləyirsə açıq bəyan etməklə onun satış qiymətini 5-10 qəpik qaldırsa daha yaxşı olar, nəinki çəkini azaldıb alıcını aldatmaq. 
 
      Səma
0.022333145141602