Koronavirusla mübarizəyə həsr olunan xatirə pulu

Koronavirusla mübarizəyə həsr olunan xatirə pulu
 

Paralel.az xəbər verir ki, Rusiyada koronavirusla mübarizəyə həsr olunan xatirə qəpiyi buraxılacaq. Bu, “Sputnik V” peyvəndi və Rusiya Birbaşa İnvestisiya Fonduna həsr olunmuş numizmatik dəstdir. Onun koronavirus pandemiyası dövründə tibb işçilərinin fədakar əməyinə həsr ediləcəyi deyilir. Sikkələrdən birində təcili yardım qrupu qoruyucu kostyumda, digərində isə dünya xəritəsinə malik “Sputnik V” peyvəndi təsvir edilib. Xəbərə görə, bu da yerli alimlərin COVID-19 əleyhinə peyvəndin hazırlanmasında birinciliyini simvollaşdırır. Qoznakın bir qolu olan MMD sərgisində iki ədəd numizmatik dəstin satışa çıxarılacağı da bildirilib.

Nigar

0.029520034790039