Ermənistan hava yolları daha “havalarda uçmur”
Paralel.az xəbər verir ki, Türkiyənin Ermənistan hava yollarına hava məkanını verməkdən imtina etməsi uçuşların qiymətinə və müddətinə təsir edib. Bu barədə“Ermənistan” Hava Yollarının sözçüsü GevorqXaçatryan məlumat verib. O deyib ki, hava yolunun altı illik fəaliyyəti ərzində təyyarələri Türkiyənin hava məkanı ilə yanaşı, Türkiyə hava yolları ilə Ermənistan ərazisindən keçib. Şirkət mart-aprel aylarında Türkiyə ərazisindən keçmək üçün icazə istədikdə isərədd edilib: “Hazırda Türkiyə hava məkanı iləuçmuruq. Amma danışıqlar gedir və görünür, müsbət irəliləyiş var. Ümid edirik ki, məsələ qısa müddətdə həll olunacaq”.
O qeyd edib ki, naviqasiya planının dəyişməsi səbəbindən uçuş müddəti və yanacaq xərcləri artır. Məlumatda deyilib ki, 44 günlük müharibənin başlamasına 20 gün qalmış, 9 sentyabr 2020-ci ildən etibarən, Türkiyə Ermənistanda qeydiyyatda olan təyyarələrin öz hava sahəsinə girişini qadağan edib.
Nigar