ABŞ yeni, 6-cı nəsl qırıcı təyyarələrin hazırlıgına başlayır

ABŞ yeni, 6-cı nəsl qırıcı təyyarələrin hazırlıgına başlayır
 
Amerika HHQ-ı generalı Mark Kelli açıqlamasında qeyd edib ki, yeni nəsl qırıcı təyyarələrin hazırlanması çox ciddi bir proqramdır və bu təkcə təyyarənin özündən ibarət olmayacaq. Bu bir növ sistem içində  sistem olacaq. Amerikalı general Detense News portalına müsahibəsində bildirib ki, bu layihənin həyata keçirilməsi Next Generation Air Dominance (Havada Üstünlüyün Yeni Nəsli) proqramı çərçivəsində gizli saxlanılır. «Mən hərbi və dövlət sirlərinə toxunmadan bu barədə sizə daha geniş məlumat vermək istəyirəm. Hesab edirəm ki, insanlar bizim imkanlarımız barədə nə qədər çox bilsələr, bizim bu layihəni gerçəkləşdirməkdə haqlı oldugumuzu anlayacaqlar». Yeni qırıcı təyyarənin imkanlarından danışan general qeyd edib ki, bu təkcə bir təyyarə deyil, onun sisteminə pilotsuz uçuş aparatları, kosmik qurgular və kiberplatformalar daxildir.  Keçən ilin sentyabrında ABŞ HHQ təmsilçiləri məlumat yayıblar ki, bu layihə çərçivəsində sınaq uçuşları keçirilib və gözlənildiyindən də, yüksək nəticələr əldə olunub. General onu da qeyd edib ki, bu layihənin əsas tərəfdarı Pentaqondur.
 
Yusif Seyid
0.022418022155762