Məktəb zamanı gəldi

Məktəb zamanı gəldi
 
Sentyabrın sonunda dərslər başlayacaq?!
 
İki gün əvvəl keçirilən brifinqdə Təhsil Naziri və digər rəsmi şəxslər sentyabrın sonunda dərslərin adi qaydada başlayacagını elan etsələr də, insanlar arasında müəyyən çaşqınlıq var. Korona virusun yayılma tempinin artdıgı, yoluxanların və ölənlərin sayında artım müşahidə olundugu bu məqamda dərslərin adi qaydada başlanacagı barədə məlumat ortaya bir sıra suallar qoyur. Bu suallara isə nazirlikdən dogru-dürüst cavab verilmədi. İnsanların kasıb qismi daha çox narahatlıq keçirir. Bilmirlər, uşaqları üçün əyin-baş alsınlar, yoxsa distant dərslərə hazırlıq görsünlər. 3 nəvəsi məktəbli olan Gülsüm nənə deyir: «Bala, dərs adi qaydada gedəcəksə, bunu açıq desinlər, biz də işimizi bilək. İndi gedib pal-paltar, dəftər-qələm alarsan, sabah deyəcəklər ki, olmadı belə, oldu elə dərslər evdə keçiriləcək. Kasıb adamlarıq, istəyirik uşaqlarımız oxusun, amma onlara həm adi formada dərslər üçün, həm də kompüter, telefon almaq imkanımız yoxdur axı, indi bəs necə olsun?».     
Bəli, bu hazırda valideyinləri ən çox düşündürən məsələdir. Yəqin ki, təhsil başbilənləri dərs ilinin başlanmasına qədər Gülsüm nənəni və başqalarını narahat edən suallara cavab verəcəklər.
Yusif
0.025264024734497