Məhəmməd Əsədullazadə: "ABŞ Talibana qarşı sanksiyaları genişləndirəcək”

Məhəmməd Əsədullazadə:
 
Politoloq Məhəmməd Əsədullazadə Əfqanıstanda yeni hökumətin inauqurasiya mərasiminin sentyabrın 11-nə müəyyən edilməsi haqqında danışarkən deyib ki, Talibanın hakimiyyətə gəlməsi Əfqanıstanda ümumi siyasi, iqtisadi proseslərə mənfi təsir etməklə yanaşı, həm də regionda yeni siyasi transformasiyaya gətirib çıxarır:
 
"Taliban indi yeni hökumət qurur, Əfqanıstan İslam Əmirliyi adında dövlət yaradır. Baş nazir, hökumət üzvləri elə talibançılardan olacaq. Təbii ki, baş nazir Molla Məhəmməd Həsən Ahundun andiçmə mərasiminin 11 sentyabr tarixinə salınması Talibanın ABŞ-a qarşı düşmənçilik siyasəti yürütdüyünü, öz terror siyasətindən geri çəkilmədiyini göstərir. İnauqurasiya mərasiminin tarixi ABŞ-a mesajdır”.
 
Politoloq qeyd edib ki, Talibanın son addımı həm də onun Əl-Qaidə terror təşkilatı ilə əməkdaşlığının bitmədiyini deməyə əsas verir:
 
"Taliban bu addımı atmamalı idi. Əgər 11 sentyabr hadisələrini qeyd edirlərsə, deməli onların verdiyi hər hansı müsbət açıqlamaya əhəmiyyət vermək lazım deyil. Onların əməllərinə diqqət etmək lazımdr. ABŞ buna mənfi reaksiya verəcək və Talibana qarşı sanksiyaları genişləndirəcək”.
 
Günay Rəsulqızı
0.013090848922729