Oktyabrda kosmosda ilk bədii film çəkiləcək
Paralel.az xəbər verir ki, Moskva Kosmonavt Təlim Mərkəzindən orbitdə bədii film çəkmək üçün aktrisa Yuliya Peresild və rejissor Klim Şipenkonun buraxılış imtahanı verdiyi bildirilib. Xəbərə görə, “Soyuz MS-19”kosmik gəmisinin əsas və ehtiyat ekipajlarının kompleks imtahan təlimləri başlayıb. İmtahan verən ekipajların bir həftəlik istirahətdən sonra sentyabrın 16-da imtahan nəticələrinə əsasən, Baykonur kosmodromunda məşqlərə başlamasına icazə veriləcək. “Soyuz MS-19”kosmik gəmisinin “Soyuz-2.1a” daşıyıcı raketi ilə Baykonur kosmodromundan buraxılması oktyabrın 5-nə planlaşdırılır. Oktyabrın 17-dəkosmosda “Çağırış” adlı ilk bədii filmi çəkdikdən sonra Şipenko və Peresildin kosmonavt Oleq Novitski ilə birlikdə “Soyuz MS-18” kosmik gəmisində Yerə qayıdacağı gözlənilir.
Nigar