Yığdın bu dünyanın varın-dövlətin...

Yığdın bu dünyanın varın-dövlətin...
 

Ağstafa rayonunun sabiq icra başçısı, hazırda həbsdə olan Nizaməddin Quliyev bu gün dünyasını dəyişib.

Daxil olan məlumata görə, o, həbsxanada koronavirusdan vəfat edib.

Qeyd edək ki, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev həbs olunmuşdu.

Bu ilin avqustun 7-də Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə zamanı Nizaməddin Quliyev 8 il 6 ay müddətində azadlıqdan məhrum edilmişdi.

0.01701807975769