İdrak Mirzəlizadə Rusiya Daxili İşlər Nazirliyinə qarşı iddia qaldırıb
Paralel.az xəbər verir ki, Rusiya DİN-in İdrak Mirzəlizadənin ömürlük Rusiyaya girişinin qadağan edilməsi ilə bağlı qərarından apellyasiya şikayəti Moskva Zamoskvoretski Rayon Məhkəməsinə təqdim edilib. Xəbərə görə, avqust ayında stand-up sənətçisi 10 gün həbsdə qalıb. “Ekspertiza ifadələrində milli zəmində alçaldılma əlamətləri aşkar edilib. Onun Rusiya Federasiyasında olması ictimai asayişi, başqalarının hüquqlarını və qanuni mənafelərini təhdid kimi tanınıb” deyə, DİN İ.Mirzəlizadənin sərbəst buraxılmasından sonra açıqlama yayıb.
Nigar