Beynəlxalq Bankdan beynəlxalq “skandal” yaradan qərar
Sabiq prezident Cahangir Hacıyevin ailəlikcə sümürüb quru yurdda qoyduğu Beynəlxalq Bank deyəsən dəymiş zərəri pensiyaçıların hesabına kompensasiya etmək fikrinə düşüb.
Beləki, yayılan xəbərlərə görə Bankın Ağcabədi filialının giriş qapısına aşağıdakı məzmunda xəbərdalıq elanı yapışdırılıb ki, peyvənd olunmayan şəxlərə bank xidməti göstərilməyəcək, yaşlı insanların pensiyaları, o cümlədən, ünvanlı sosial yarımı dayandırılacaq. Halbuki nə TƏBİB-in, nə də Operativ Qərargahın tabe olduğu Nazirlər Kabinetinin belə bir məhdudlaşdırıcı, milyonlarla insanın mənafeyinə toxunan qərar, yaxud tövsiyyəsi yoxdur.
Əslində sıradan bir bank filialının bu absurd və qanunazidd xəbərdarlığı idarəçilikdə baş alıb gedən anarxiyanın əyani şəkildə təsdiqidir. Ümumiyyətlə pandemiya qadağaları bu gün bir çox dövlət qurumlarının varlanmısı üçün gəlir mənbəyinə çevrilib. Sosial şəbəkələrdə də belə bir məlumat yayılmışdı ki, kafe və restoranlar üçün təyin olunmuş gecə iş rejimini dəqiqə hesabı ilə pozan çoxsaylı iaşə obyektləri marığa yatmış bəzi polislərin astronomik cəriməsi ilə üzləşib. Cərimə bir yana qalsın adamları aparıb səhərə qədər polis idarəsində saxlayıblar.
Cənablar, nədi amacınız, zatən məhdudiyyətlər səbəbindən müştəri qıtlığı yaşayan müflisləşmək ərəfəsində olan sahibkarları birdəfəlik sıradan çıxarmaqmı? Məgər unutmusunuz ki, məhz o sahibkarların hesabına formalaşan büdcədən alırdınız maaşı? Niyə oturduğunuz budağı kəsirsiniz?
Axı zaman göstərdi ki, neftə bel bağlamaq o qədər də uğurlu siyasət deyil.
Səma, Paralel.az