Onkoloq risk faktorlarını açıqlayıb
Paralel.az rus mediasına istinadla xəbər verir ki, bağırsaq xərçəngi ən çox yayılmış növlərdən biridir. Lakin bununla belə, simptomlar yalnız şiş artıq çox böyük olanda ortaya çıxır. Mütəxəssis Aleksandr Myasnikov deyir ki, yaşı 50-dən yuxarı olan kişilər və qadınlar ən azı beş ildən bir kolonoskopiyadan keçməlidir:
“Fakt budur ki, bağırsaq xərçəngi 50 yaşa qədər yalnız genetik bir meyl olduqda üzə çıxa bilər. Yaxın qohumlarınız 50 yaşdan əvvəl bağırsaq xərçəngindən əziyyət çəkirsə, onda kolonoskopiyaya bu xəstəlik ana və ya atanızda aşkar edildiyindən 20 il əvvəl getməlisiniz”.
Mütəxəssis risk faktoru kimi qidalanmanı önə çəkib. Onkoloqlar çoxdan qırmızı ət, kolbasa, donuz əti və s. kanserogen hesab edirlər. Siqaret və spirt kiçik dozalarda belə, zərərlidir. Risk faktoruna iltihabi xəstəliklər - gənclərin xəstəliyi sayılan “yazvalı kolit” də daxildir. Mütəxəssis öd kisəsi çıxarılan insanların bağırsaq xərçəngi riskinin bir qədər yüksək olduğunu da deyib. O, bağırsaq xərçənginin inkişaf riskini azaldan preparatların qeyri-steroid dərmanlar və aspirin olduğunu deyib. Xəstəliyin qarşısının alınması üçün yüksək miqdarda kalsium və D vitamini də vacibdir.
Niga