Yasamal ərazisində yanan maşın söndürülüb

Yasamal ərazisində yanan maşın söndürülüb
 

Bugünlərdə baş verən növbəti yanğın hadisəsi Yasamal rayonu ərazisində qeydə alınıb.

Hadisə şahidlərinə görə, 53 saylı orta məktəblə üzbəüz binanın həyətindəki dayanacaqda minik avtomobili qəfil alovlanıb. Qeyd edək ki, maşın dayanacağından başqa, ərazidə uşaqlar üçün istirahət-əyləncə meydançası da salınıb. Avtomobildəki alovlanma da məhz orada uşaqlı-böyüklü, əksəriyyətin dincəldiyi saatlarda baş verib.

Maşını sıravi insanların söndürə bilməyəcəyi aydın olduğundan, ora təcili yanğınsöndürən briqadası çağrılıb. Onların çevik və operativ müdaxiləsindən bir müddət sonra alov söndürülüb və ərazidə kvadrat şəklində yerləşən binaların, meydançadakı digər maşınların, ən əsası isə sakinlərin təhlükəsizliyi təmin edilib.

Nigar, Paralel.az

0.023552179336548