Respublika Klinik Xəstəxanasında dərəbəylik hökm sürür

 

Respublika Klinik Xəstəxanasında dərəbəylik hökm sürür 
 

Baş həkimin dəyişməsi durumu daha da ağırlaşdırıb

Məlumdur ki, bir neçə ay əvvəl TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlının imzaladığı əmri ilə Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadovun yerinə Yevlax Rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsin direktoru Azər İsmayılov təyin olunub.
Telman İbadov isə MRX-in baş həkimi vəzifəsini icra edir.

Xəstəxananın hazırkı durumu ilə əvvəlki vəziyyətini müqaisə etmək məqsədilə bir neçə xəstə ilə söhbət etdim. Söhbət etdiyim xəstələr bildirdilər ki, Azər İsmayılov Respublika Klinik Xəstəxanasına direktor təyin olunandan sonra xəstəxanada heç bir müsbət dəyişiklik yoxdur.

Xəstəxanada çalışan həkimlər əvvəl olduğu kimi, yenə də xəstələrdən rüşvət alır, dərmanlar dövlət hesabına yox, xəstələrin öz pul ilə alınır. Tibbi Sığortanın tətbiqi zərrəcə hiss olunmur. Necə deyərlər xəstəxanada durum "köhnə hamam, köhnə tas" fəlsəfəsinə tam uyğundur.

Belə vəziyyətdə TƏBİB-in icraçı direktoru Ramin Bayramlının Azər İsmayılovu Yevlaxdan gətirib Respublika Klinik Xəstəxanasına direktor təyin etməsinin məqsədinin nədən ibarət olduğunu müəyyən etmək heç də çətin deyil - Rüşvət!..

Çünki kadr dəyişikliyi ediləndən sonra xəstəxanada mövcud olan rüşvət və sui-istifadə halları ortadan qalxmayıbsa, əksinə əvvəlki çirkin əməllər bir qədər də dərinləşirsə bu direktor təyinatının yalnız rüşvət almaq üçün edildi kənardan aydın hiss olunur.

Təəssüflə qeyd edirik ki, TƏBİB ölkədə çox pis vəziyyətdə olan səhiyyə sistemini qaydaya salmaq məqsədilə yaradılıb, Ramin Bayramlı icraçı direktor təyin olunandan bəri ölkə səhiyyəsində, o cümlədən, Respublika Klinik Xəstəxanasında heç bir müsbət dəyişikliyə rast gəlmək mümkün deyil. Amma mənfi hal çoxdur...

Belə səhiyyə kimə lazımdır, cənab Ramin Bayramlı?!...

Röyal

0.030908107757568