Toplamırıq qucaq-qucaq pambığı

Toplamırıq qucaq-qucaq pambığı
 
Karl Marksın qul əməyi adlandırdığı pambıqçılığı 6-7 il əvvəl böyük ümid və toy-bayramla yenidən kənd təsərrüfatının aparıcı sahələrindən biri kimi bərpa etməyə cəhd göstərdi, “uzaqgörən” hökumətimiz.
İlk iki il sovetli idarəçiliyin havası başından çıxmayanlar nəticələr barədə elə gurultulu hesabat verdilər ki, bircə qalırdı Brejnevin “Keçici Qırmızı” bayrağını almaq. Bu məqsəd üçün səlahiyyət sahibləri fermerə yardım, subsidiya adı altında neçə milyonlar mənimsədi bir Allah, bir də özləri bilir.
Fakt bu gün cavabdeh qurumlar pambıqçılıqdakı vəziyyət barədə müdrükcəsinə susur, daha doğrusu, susmağa məcburdur. Halbuki məntiqlə indi pambıq tədarükünün qızğın vaxtı olmalıydı. Yoxdur! Çünki qeyd etdiyimiz kimi, kiminsə arzusu olaraq gündəmə gətirilmiş bu strategiya iflasa uğrayıb.
Əvvala o səbəbdən ki, fermerlər pambığı becərmək üçün gərəkən maşın-mexanizmlərlə təmin olunmayıb, gübrənin və ziyanvericilərə qarşı dərman perapatlarının satış qiyməti həddən artıq yüksəkdir. Bəlkə də bunların yoxluğuna dözmək olardı, məsələ burasındadır ki, susuzluqdan təkcə bu il minlərlə hektar pambıq sahəsi sıradan çıxıb, ən yaxşı halda məhsuldarlıq 3-4 qat aşağı düşüb.
Fermerlərin may ayından başlayan həyacan siqnalını Kənd Təsərrüfatı Nazirliyinin pensiyaçılardan ibarət məsul şəxsləri eşitməz olub.
Pambıq istehsalı ilə bağlı daha bir problem də var. Məlum olduğu kimi, bizdə pambığı istehlak malına çevirmək üçün zəruri istehsal və emal sahələri yaradılmayıb və Azərbaycan hökuməti onu əsasən əmtəə şəkilində xaricə ixrac edir. Pambıqlığa yenidən nəfəs verənlərin də əsas hədəfi elə bu idi-xaricə satış və dollar. Ki, həmişə olduğu kimi, başbiləmlərimiz bu proqnozda da yanılıblar. Beləki bugün Azərbaycanın xaricə ixrac etdiyi pambıq ən aşağı növ pambıq hesab olunduğundan təbii ki, alış qiyməti də çox aşağıdır. Başqa sözlə, hazlrkı durumda pambıq istehsalı xərci borcun ödəməyən zərərli sahəyə çevrilib. Bu səbəbdən indi onu əkib-becərmək nə fermerə, nə də tədarükcü qurumlara sərfəli deyil. Pambıqçılıq ətrafında yaranmış hay-küy arxada qaldığından artıq icra başçıları da 4 il əvvəl olduğu kimi, əkin sahələrini kağız üzərində şişirtməklə, ( çoxlarına tanış “pripiska”) saxta sənədlərlə qazanc əldə etməyə cürət etmirlər. Görürsünüz hazırda pambıq yığımı mövsümü olsa da,heç kim ” Topladıqca qucaq-qucaq pambığı, Gümüş telli saçaq-saçaq pambığı” mahnısını oxumur. Çünki həqiqətən qucağa almağa pambıq yoxdur. 
     
Səma
0.019736051559448