E-qanun.az yenilənib
Osman Gündüz yazır:
"Son zamanlar Ədliyyə Nazirliyi rəqəmsal transformasiya işlərinə diqqəti xeyli artırıb.
Nazirlik son zamanlar rəqəmsal həllər sahəsində çox böyük uğur olan “Mobil Notariat” sistemini yaratmaqla bərabər daha bir faydalı resurs olan e-qanun.az portalını da təkmilləşdirib.
Qurum cari ilin əvvəlində milli qanunvericilik bazası olan e-qanun.az portalının dizaynını yeniləyib və bazanı da xeyli təkmilləşdirib. Hüquqi aktlar bazasına xeyli sayda yeni hüquqi sənədlər daxil edilib
e-qanun.az portalının yeni dizaynında istifadəçi rahatlığı təmin edilib, funksionallığı artırılıb. Sənədlərin axtarışı üçün sorğuların daxil edilməsi daha da sadələşdirilib. Daha effektiv və asan çeşidləmə imkanları yaradılıb.
Ədliyyə Nazirliyi bu resursa daxilolmaların sayının milyondan çox olduğunu bildirib.
Portalın yeni dizaynını CROCUSOFT şirkəti hazırlayıb.
Ədliyyə Nazirliyinin rəqəmsal transformasiya sahəsində fəaliyyəti təqdirə layiqdir."
Şahnaz, Paralel.az