Onu ram etmək istəyən çirkab  içindəki akademik şəbəkənin oyunları

Onu ram etmək istəyən çirkab  içindəki akademik şəbəkənin oyunları
 

Qulu Məhərrəmli yazır: "FB xatırladır ki, prof. İdris Abbasovla virtual dostluğumuzun 6 ili tamam olur. Amma İdris müəllimlə gerçək dostluğum bir az da əvvəldən başlanır. Hər ikimiz təxminən eyni vaxtda rəhmətlik akademik Tofiq Hacıyevin dəvəti ilə AMEA-nın Dilçilik inst-da şöbə müdiri kimi işə başlamışıq. Mən Tofiq Hacıyevin vəfatından sonra orada qalmağın mənasız (və mümkünsüz) olduğunu görüb, həm də o vaxtlar at oynadan iyrənc akademik şəbəkənin təkidli istəyi ilə institutdan getdim…

Professor İdris Abbasov isə çox ağır şəraitdə olsa da, orada qalıb çalışır. Çalışır yox, nöqsanlara, diletantlığa, elmi riyakarlığa, yalançı alimlərə (hətta bisavad akademiklərə) qarşı vuruşur. O, bir alim nə qədər vicdanlı, namuslu, cəsur və mübariz ola bilərsə, onu bütün AMEA sisteminə nümayiş etdirir.

İdris müəllim bu gün, sözün həqiqi mənasında, ləyaqətli Azərbaycan aliminin ümumiləşmiş obrazıdır. Və həm də həmin namuslu alimin yaşadığı məşəqqətlərin daşıyıcısıdır. İnstitutda Nəzəri dilçilik şöbəsinin rəhbəri olan İdris müəllim 6-7 xarici dil (ərəb, ingilis, fransız, italyan və s.) bilir. Olduqca dərin savadlı və intellektualdır, ədalətli və dürüst şəxsiyyətdir, yalanları və yaltaqlığı qəbul etmir, onu yönəltmək və ram etmək istəyən çirkab içindəki akademik şəbəkənin oyunlarından kənardır. Ona görə də belə adamı sevmir, qiymıtləndirmir, və əl-qol açmağa imkan vermirlər. Professor İdris Abbasovun dilçiliyimiz qarşısında çox böyük xidmətləri vardır.

İkicə fakt deyim, özünüz hesabınızı aparın. İdris müəllim Mirzə Kazım bəyin məşhur “ Türk dilinin qrammatikası” və məşhur italyan alimi D.Vallenin eyniadlı əsərini (Günel Bayramova ilə birlikdə) Azərbaycan dilinə çevirib, bu əsərlərin akademik nəşrini hazırlamışdır. Bunlar tarixə və Ana dilimizə fövqəladə xidmətdir. Mən həm də imanlı və ilahiyyatçı alim olan və bu sahədə də sanballı əsərlərin müəllifi, prof. İdris müəllimə möhkəm cansağlığı və daha yüksək mübarizə əzmi arzulayıram!"

Şahnaz Salehqızı, Paralel.az

Возможно, это изображение (Idris Abbasov, сидит и стоит)Возможно, это изображение (1 человек и текст)Возможно, это изображение (один или несколько человек и текст)

0.017948865890503