AKADEMİKANƏ-PROFESSİONAL MAXİNASİYALAR
İdris Abbasov yazır: "Hürriyyət.az (hurriyyet.az) xəbər verir ki, yüksək çinli məmur, texnika elmləri doktoru, professor Yaqub Eyyubov öz həmkarı akademik Ramiz Mehdiyev kimi Novxanıdakı villasının qaz borcunu ödəməkdən yayınıb və “Azəriqaz” əməkdaşlarını təhdid edib. Nəticədə onun dövlətə 10 min 766 manat borcu yaranıb. Akademikin borcu isə 16 min manat.
Y.Eyyubovun16 milyon (min yox ha, milyon!!!) manat dəyərində torpaq sahələri, fındıq bağları aldığı, üstəlik, ölkə xaricində də geniş biznesə sahib olduğu haqqında məlumatlar var.
Bu "qəhrəmanlar"ın biri akademik, digəri professordur! Buyurun, alim diplomlu məmurların QABİLİYYƏTİNƏ baxıın!"