Tədris hansı formada keçirilməlidir?

 

 

Tədris hansı formada keçirilməlidir?  
 

Yeni tədris ilinin başlanmasına az qalan müddətdə dərslərin hansı formada olacağı müzakirə mövzusudur. Bu müzakirələr bəzən mübahisə formasına da keçir. Uzun müddətdir davam edən karantin rejiminin tələblərinə uyğun olaraq, tədris prosesi indiyədək əsasən, onlayn formada keçirilib. Builki tədris ilində də tədrisin bəzi sinifdə ənənəvi-əyani, hibrid və distant formada keçiriləcəyi deyilir. Lakin bu məqamın özü də birmənalı qarşılanmır.

Tədrisin hibrid formasından bəhs edən müəllimlər söyləyir ki, bu, heç də uyğun variant deyil. Çünki dərsin yarısı məktəbdə, yarısı da evdən qoşulmaqla distant formada keçirilir: “Belə bir şəraitdə müəllimlər də nəzərə alınmalıdır. Müəllim məktəbdən evə gəlib çatana qədər yolda vaxt itirir, elə çatan kimi də dərsə başlayır. Bu rejim şagirdlərə də

aiddir. Belə desək, tədris prosesi həyata keçirilsə də, sağlamlıqla bağlı məsələlər arxa plana keçir. Yəni orqanizmdə vaxtında qidalanmaq və həzmlə bağlı proses ləngiyir. Bu da həzm prosesində problemlərə səbəb olur. İnsan gün ərzində normal olaraq, dörd dəfə, ən azı isə üç dəfə qidalanmalıdır. Lakin hibrid dərs vaxtında qidalanmağa mane olur. Nəticədə, bu, dərsin keyfiyyətinə də təsir edir. Əslində, ənənəvi dərs forması daha əlverişlidir. Amma o da hazırkı yoluxma vüsətinə görə mümkün deyil. Ona görə də tədrisin hibrid deyil, birdəfəlik distant formada keçirilməsi daha məqsədəuyğundur”.

Nigar

0.03036904335022