Yuxular diaqnoz qoymağa kömək edir

Yuxular diaqnoz qoymağa kömək edir
 

Paralel.az xəbər verir ki, insanlar həmişə yuxu mövzusunu anlamağa çalışıb. Lakin elm adamları bu fenomeni araşdırmağın yollarını tapmayıb və yuxular indiyədək sirr olaraq qalır. Amma yuxunun həkimlərin xəstəyə diaqnoz qoymasına kömək edə biləcəyi də sübut edilib.

Somnoloq Aleksandr Kalinkin çox yatmağın kifayət qədər yuxu almamaqdan daha təhlükəli olduğunu deyir: “Yaşı 17-dən yuxarı olan insan üçün norma yeddi-doqquz saat arasındadır. Daha az yatmağa öyrənmək isə sağlamlıq üçün təhlükəlidir. Yuxu və oyanış mexanizminin genomun işi olduğu faktdır. Yuxunun bir saat kəsilməsi genomun işini dəyişir və bir çox - ürək-damar sistemi, hormonal xəstəliklər yaranır. Hamımız daxili

saatımızla yaşayırıq və süni şəkildə dəyişdirmək onu pozmaqdır. Genetikanız icazə versə, dörd saatlıq yuxudan sonra özünüzü yaxşı hiss edə bilərsiniz. Yuxu həblərinə gəlincə, adam dərmanın təsiri altında yatmır, ancaq unudur. Dərman qəbuluna görə, yuxunun quruluşu dəyişdiyindən, insan səhər yorğun oyanacaq. Melatonin istisna olmaqla, bütün yuxu həbləri yuxunun keyfiyyətini pozur. Adam yuxuda soyuq su ilə dolu buz çuxuruna düşdüyünü və nəfəs ala bilmədiyini görürsə, bu, ciyərlə bağlıdır. Yuxuda qaçdığını görmək isə narahat ayaqlar sindromudur. Əslində, bütün insanlar yuxu görür, fəqət hamı onu xatırlamır”.

Nigar

0.015878915786743