Peyvənddən qorxan işindən də olub

Peyvənddən qorxan işindən də olub
 

Ölkədə koronavirusa qarşı peyvəndləmə prosesindən müxtəlif səpkili narazılıqlar səslənir. Buna qədər vaksinasiyadan keçmək prosesindəki növbələrdən narazılıq vardısa, insanlar indi də könüllü prosesin artıq məcburiyyət xarakteri almasından gileylənirlər. Narazılardan birinin sözlərinə görə, onun vaksinasiya ilə bağlı ağlasığmaz qorxuları var. Ona görə də peyvənd oluna bilmir: “Qorxduğuma görə peyvənd oluna bilməmişəm. Lakin vaksin olunmadığım üçün işimi də itirmişəm. Mən “Lotos” ticarət mərkəzində dini geyimlər mağazasında işləyirdim. Amma vaksin tələbi qoyulanda, peyvənd vurdura bilmədiyim üçün işdən azad olundum. Mənim işlə təmin olunmağa böyük ehtiyacım olsa da, hazırda işsizəm”.

Bu və buna bənzər məqamlarda hazırkı mövcud vəziyyət vaksinasiyadan keçmək təbliğatının düzgün qurulmasını labüd edir. Buna münasibət demək daha düzgün olardı. Çünki əhali arasında vaksinasiyanın əhəmiyyəti və vacibliyinə inam birmənalı deyil. Bu istiqamətdə təbliğat və aşılanma işi lazımınca qurulsa, insanlar da peyvənd olunmaqdan qorxmaz, nəticədə, işini də itirməz.

Nigar

0.018597841262817