Nəqliyyat vasitələrinin təhlükəsizliyi diqqətdə saxlanılmalıdır

Nəqliyyat vasitələrinin təhlükəsizliyi diqqətdə saxlanılmalıdır
 

Dünən gecə saatlarında Ramana istiqamətində hərəkət edən 214 saylı avtobusda alovlanma baş verib. Hadisənin təfərrüatlarından bəhs edən sərnişinin sözlərinə görə, əvvəlcə avtobusun salonunu yanıq iyi bürüyüb. Ramanadakı çay evinə yaxınlaşanda, nəfəs almaq mümkün olmayıb və sürücü düşərək avtobusa baxış keçirib. Sonra da avtobusun yanmağa başladığını və sərnişinlərin təcili salonu boşaltmasını söyləyib. Sərnişinlər imkan daxilində avtobusdan çox aralanıblar ki, benzindən yaranacaq təhlükədən mümkün qədər uzaq olsunlar. Daha sonra sürücü bəzi yerlərlə əlaqə saxlayaraq, problem barədə məlumat verib. Xəttə başqa avtobus göndərilib və sərnişinlərin ərazidən uzaqlaşdırılması təmin edilib.
Məsələ barədə məlumat verən sərnişin deyir ki, belə uzaq xəttə buraxılan nəqliyyat vasitələri daimi olaraq texniki və s. baxışdan keçirilməli, nəzarətdə saxlanılmalıdır. Bu, təkcə sərnişinlərin deyil, sürücünün özünün təhlükəsizliyi baxımından da çox vacib məsələdir.

Nigar

0.025979042053223