XOŞ BİR İDARƏÇİLİK MƏNZƏRƏSİ...

XOŞ BİR İDARƏÇİLİK MƏNZƏRƏSİ...
 

XOŞ BİR İDARƏÇİLİK MƏNZƏRƏSİ...

İdris Abbasov yazır:

"Adam elmlər doktorudur. Bayaq zəng edib mənə "qızıl" nəsihətlər verir: “Gördünmü, akademiki? Şuşada Prezidentin 3-4 addımlığında idi. A kişi, bunlara zaval yoxdur. Çox güclüdürlər. Onlara batmaq olar? Bacarırsansa, qap-qapışdır, özünə gün ağla, bacarmırsansa, sus, taleyinlə barış! Ona görə sənə deyirdim ki, toxunma onların marağına, yazma onlardan, səni payimal edərlər. Tədbirlərdə ölkə başçısının həndəvərində fırlanıb gecə-gündüz mədhiyyə söyləyirlər. Bəs sən nə edirsən? Məddahları qamçılayırsan, özü də akademik məddahları. Prezident onları qoyub sənin kimi yetimə məhəl qoyacaq? Tök daşı ətəyindən, çıx fb-dən, yanaş akademiklərdən birinə, xəlvəti xidmətini təklif et, qoşul şəbəkəyə, yaşa, kef elə! Özün də, maşallah, savadlı adamsan. Məgər ölkənin yeyib-dağıdan məddah-akademik-məmurların daxil oılduğu 5-ci kolonka (oxu: kalon) tərəfindən idarə olunduğunu bilmirsən?”
Deyirəm, doktor, məgər indi vəzifələrindən atılan və bəzisinə cinayət işi açılan (arzu edirik ki, digərləri də qanunla mühakimə olunsun!) o xəyanətkar vəzifə adamları vaxtilə Prezidentin bir addımlığında deyildilərmi? Mədhiyyə yazıb saxta sədaqət nümayiş etdirmirdilərmi? "Cənab Prezident" sözü ağızlarından düşmürdü. Altdan-altdan iş çevirir, milyon və milyardları talayırdılar. Gah əyilirdilər, gah most düşürdülər, gah üzüstə yıxılırdılar, bir sözlə, hər cür artistlik edirdilər. Hələ dombalaq aşanları demirəm. Həyanı istismar edən bu zatlar tələyə düşmədilərmi? Hələ düşəcəklər də. Bütün bunlar, ay qafil elmlər doktoru, sizin, bizim xalq kimi fəallığımızdan asılıdır. Yoxsa başını aşağı salaraq "elmlə" məşğul olub fırıldaqlarla başını girələyəcək və səsini çıxarmayacaqsansa, əzilməyə beşqat layiqsən!
Heç olmasa, bir alim kimi sən qanmalısan ki, elə tünbətünlər xalqı aldadıb daha çox zərər vurmağa çalışırlar. Yəni "baxın, mən Prezidentə yaxın adamam, nə qədər tənqid etsəniz də, xeyri yoxdur, mənə yaxınlaşın, qılıncımın altından keçin, sizə kömək edim" mesajını verməklə özlərinə daha çox gözüqıpıqlaşdırılmış tərəfdar toplamaq, cinayətlərini ört-basdır etmək istəyirlər.
Haqsızlığa qarşı kütləvi etirazların olmadığı xoş bir idarəçilik mənzərəsi yaradan alim-məmura, akademik-oliqarxa kim nə deyə bilər? 199, yaxud 299 nəfər səsini içinə çəkib durduğu halda, 200-300 nəfərlik kontingentdən 1 nəfər haqlı giley edən varsa, əlbəttə, o ya "xəstədir", ya da yazdıqları "qərəzdir" deyiləcək!
Yüzlərlə, minlərlə alimi bu səviyyədə düşünən xalqı 5 Prezident, 15 Baş nazir yığışsa da, islah edə bilməz!
Ayılın ki, xilas olaq! Sosial ədalətsizliyin, maddi imkansızlıqların tüğyan etdiyi bir ortamda emosiyalarla, saxta vətənpərvərlik və millətçilik şüarları ilə normal cəmiyyət qurulmasına nail olmaq mümkün deyil!"

Paralel.az

0.014321088790894