FATİHƏ SURƏSİNİN MESAJLARI

FATİHƏ SURƏSİNİN MESAJLARI
 

V YAZI 

(əvvəli ötən sayımızda)

Siracəddin Hacı yazır:

 

7. Fatihə surəsinin anlamı

2. “İSİMSÖZÜ

Bismillah-ir Rəhman-ir Rəhimayəsindəisimsözü var. “İsimsözü ərəbcədir, “sin-mim-vavkökündəndir. Qurani-Kərimdə eyni kökdən olan sözlər üç yüz səksən bir yerdə işlədilmiş, bu mənaları yüklənmişdir:

a) “adlandırmaq”: “O, öncəki (keçmiş kitablarda) bu kitabda (Qurani-Kərimdə) sizə müsəlman adını verdi”. (Həcc, 22/78)

b) “müəyyən edilmiş”: “Sizi bir çamurdan yaradan, sonra ölüm zamanını təqdir edən ancaq Odur. Bir Onun yanında bəlli olan bir əcəl (qiyamət günü) var. Siz hələ şübhə edirsiniz”. (Ənam, 6/2)

c) “göy” (“səma”): “Rəbbiniz Allah göyləri yeri altı mərhələdə yaratdı” (Əraf, 7/54).

Qurani-Kərimdəəs-səma”, “əs-səmavatkəlmələri üç yüz on dəfə işlədilmişdir, “göy”, “göyləranlamlarını daşıyır. “Sin-mim-vavkökündən olan bu sözlərdəyüksəklik”, “ucalıqmənaları var. Bir şeyin səması (göyü) onun ən uca yeridir.

3. “ALLAHSÖZÜ

Bismillah-ir Rəhman-ir RəhimayəsindəAllahsözü var. Allah qulluq edilməyə layiq tək İlahdır. “Allahsözü xas isimdir, ancaq Ona aiddir, istər həqiqi, istərsə məcazi mənada olsun, bir başqa varlığa verilməz, təkdir, cəmlənməz, tərcümə edilməz. Azərbaycan türkcəsindəkiTanrı”, ingiliscədəkiGod”, ruscadakıBoq”, farscadakıXuda”... kəlmələriAllahsözünün deyil, “İlahsözünün qarşılığıdır.

Allahın doxsan doqquz adı (sifəti) var, bu sifətlər Allah adını izah edir, Allah kimdir sualına cavab verir. Allah adı bu doxsan doqquz sifətin mənalarını Özündə toplayır. Bütün adlar Allah xas isminin sifətləridir. Allah adı təyin olunan, doxsan doqquz sifət təyindir: Rəhman Allahdır (Allahu Rəhmanun), Rəhim Allahdır (Allahu Rəhimun), Kərim Allahdır (Allahu Kərimun)...

Allahxas isminin mənası (etimologiyası) ilə bağlı otuza yaxın görüş var. Bu görüşləri iki maddədə təsnif etmək olar:

a) “Allahxas ismi hər hansı bir kökdən törəməmişdir;

b) “Allahxas ismi ərəb dilinin bütün sözləri kimi törədilmiş addır;

Alimlərin çoxu ikinci görüşü doğru sayır. Onlar deyirlər ki, “Ərəb dili Sami dil ailəsinə mənsubdur, “Allahsözü ərəbcədir, ərəbcə olan sözlərə aid qaydalar bu ada da şamildir, yəniAllahsözünün törədildiyi bir kök var. O, “İlahadının (sifətinin) “əlmüəyyənlik artiklı ilə işlənmiş formasıdır. Əl-İlah mütləq İlahdır, zaman keçdikcə əl-İlah sözü Allah kimi tələffüz edilmişdir. Bu adın törədildiyi kök hərflərə-l-hdır. “Ələhəsözüməbud bildi”, “qulluğunu Ona aid etdi”, “ibadət etdianlamlarını daşıyır.

Allahxas adının lüğəvi mənasına aid bütün kəlmələrin ortaq bir anlamı var: sevgi.

Qurani-Kərim uca Allahı tanıdarkən iki yol seçir: nəfy isbat. Nəfy – “heç bir şey Onun kimi deyildir”, öncə hər şey Ona bənzəməkdən uzaq tutulur, sonra Onun bənzərsizliyi isbat edilir.

İnsan sınırlı varlıqdır, onun ağlı da sınırlıdır, bu sınırlı ağıl sınırsız olan Allahın zatını qavraya bilməz. İnsanın uca Allahı tanıması üçün O, vasitələr nazil etmişdir:

a) Əsma-i hüsna (gözəl adlar) – uca Allahın doxsan doqquz adı var, hər biri Allah kimdir sualına cavab verir. İnsan bu adların mənalarını qavrayaraq Allahı doğru tanıya bilər;

b) kainat ayələriyaradılan hər varlıq bir ayədir, onu yaradanı tanıdır. İnsan bu ayələrə qoyulmuş elmi öyrənərək Allahı doğru tanıya bilər;

c) Qurani-Kərimuca Allahı doğru tanıdan ən mötəbər qaynaqdır, O, kəlamullahdır, bütün ayələri Allahı tanıdır deyə bilərik. Qurani-Kərimin birbaşa uca Allahı tanıdan ayələri var, bu ayələr kitabın zirvə ayələridir;

d) Allahın elçiləriOnların vəzifəsi insanların düşüncəsində doğru Allah təsəvvürü formalaşdırmaqdır;

Qurani-Kərimdən çıxış edərək uca Allah kimdir sualına ümumi şəkildə belə cavab vermək olar:

- varlığı Özündəndir, var olmaq üçün bir başqa varlığa möhtac deyildir;

- bütün mükəmməllik Ona aiddir;

- bütün nöqsan sifətlərdən uzaqdır;

- mütləq varlıqdır;

- həmd ancaq Onadır;

- O, bir tək İlahdır;

- O, doğurtmamışdır;

- O, kimdənsə (nədənsə) doğulmamışdır;

- O, ehtiyacsızdır;

- O, təkdir, tək olmaq Onun haqqıdır;

- heç bir şey Onun bənzəri deyildir;

- O, özündə işində mərhəmətlidir;

- varlığın mütləq hakimidir;

- mülkün gerçək sahibidir;

- ölümü həyatı yaradan Odur;

- hüzurun qaynağıdır;

- güvən iman verəndir;

- mütləq diridir, ölümsüzdür;

- göylərin yerin nurudur;

- hər varlıq Ona möhtacdır;

- qullarına zülm etmək ehtimalı yoxdur;

- hər şeyi bilir, eşidir, görür;

- Allah özünü tanıtdığı kimidir;

- Allah quluna yetər;

- şərəf etibarın qaynağı Allahdır;

- hər şey Allahın dilədiyi kimi olacaq;

- Allah hər kəsdən hesab soruşacaq;

- heç kim heç insana Allahdan daha sevimli olmamalıdır;

Uca Allah buyurur: “De: Sizə bir tək öyüdüm var. İstər tək olun, istərsə başqaları ilə birlikdə olun, əsla Allahın hüzurunda olduğunuzu unutmayın”. (Səbə, 34/46)

Allahsözü lafza-i cəlaldır (lafzatullah), hansı hərfini atsan, söz yenə Allah anlamını verir: Allah, Lillah, İlah, Ləhu, Hu.

Allahsözü sifət deyil, isimdir.

4. ƏR-RƏHMAN ADI

Bismillah-ir Rəhman-ir Rəhim ayəsindəRəhmansözü var. O, ər-Rəhman olan Allahdır, rəhmətin sonsuz qaynağıdır, sınırsız rəhmət sahibi olandır, mütləq rəhmətin mənbəyidir. Ər-Rəhman xas sifətdir, sadəcə uca Allaha aiddir, cəmlənməz, Qurani-Kərimdə ancaq Allaha nisbət edilmişdir.

Ər-Rəhman ər-Rəhim adlarının ikisi rəhmət kökündən törəsə , aralarında məna fərqi var. Bu fərqləri dəyərli islam alimi Mustafa İslamoğlu belə sıralamışdır:

- ər-Rəhman davamlılıq dəyişməzlik bildirir;

- ər-Rəhim dəyişimi ifadə edir;

- ər-Rəhman uca Allahın zatına aid sifətdir;

- ər-Rəhim uca Allahın feilinə aid sifətdir;

- ər-Rəhman rəhmət edənə aiddir;

- ər-Rəhim rəhmət edilənə aiddir;

- ər-Rəhman zata, ər-Rəhim feilə baxır;

- ər-Rəhmanın məna tutumu daha böyükdür;

- ər-Rəhman uca Allahın adının yerinə işlənə bilən tək sifətdir, ona görə xas sifətdir;

- Qurani-Kərimdə ər-Rəhman sifəti çox zaman isim kimi işlədilir;

- ər-Rəhim isə hər zaman sifət kimi işlədilir, iki yer istisna işləndiyi hər məqamda uca Allaha aid olur;

- Rəhman adı hər zamanəlmüəyyənlik artiklı ilə işlənir: ər-Rəhman;

- Rəhim sifəti isəəlartiklı olmadan da işlənir: ər-Rəhim, Rəhim;

- Qurani-Kərimdə ər-Rəhman adı uca Allahdan başqa, heç bir varlığa aid edilməmişdir;

- ər-Rəhim sifəti isə Allah Rəsuluna da aid edilmişdir; (Tövbə, 9/128)

- ər-Rəhman adı cümlə içində feil kimi işlənməz;

- ər-Rəhim sifəti isə cümlə içində feil kimi işlənər;

- ər-Rəhman adı ümumi, ər-Rəhim adı özəldir;

- Rəhman adını insanlara vermək olmaz, Rəhim adını isə vermək olar;

- uca Allah dünyada örtdüyü günahlardan dolayı ər-Rəhman, axirətdə bağışladığı günahlardan ötrü ər-Rəhimdir;

- ər-Rəhman öyrədəndir, ər-Rəhim öyrədilən şeyi öyrənənə mükafat olaraq verəndir;

- ər-Rəhman cəhənnəmdən qurtaran, ər-Rəhim cənnəti qazandırandır; (Mustafa İslamoğlu, Kurana göre esma-i hüsna, I cild, İstanbul, 2011, s. 263-265)

İrfan əhli uca Allahın ər-Rəhman ər-Rəhim adlarını belə mənalandırmışdır: ər-Rəhman ehtiyac əhlinin, ər-Rəhim iftixar əhlinin zikridir, yəni uca Allahın cəlalına, əzəmətinə şahid olan öz kiçikliyini dərk edib təlaşa düşər, özünü itirər, o anya Rəhman!” deyər. Uca Allahın camalının saysız təcəllilərinə, ehsanına, böyüklüyünə şahid olanda da iftixar edər, sevincə boğular, bu sevincin şiddəti iləya Rəhim!” deyər.

Abdullah Mübarək deyir ki, ər-Rəhman istəyən kimsəyə verəndir. Ər-Rəhim isə: “Niyə Məndən istəmədi?” – deyərək istəməyənə qəzəblənəndir.

Haris əl-Müsahibi deyir ki, ər-Rəhman bəlaları dəf edən, eyibləri örtəndir. Ər-Rəhim isə qəlbləri nurlandıran, insanın mənəvi dünyasını zülmətlərdən işığa çıxarandır.

Uca Allah buyurur ki, rəhmətim hər şeyi əhatə etmişdir, (Əraf, 7/156) O, öz nəfsinə rəhməti yazmışdır, (Ənam, 6/12) unutmayın ki, Rəbbiniz O Rəhman olandır (Taha, 20/90), Onu (Qurani-Kərimi) Rəhman Rəhim olan endirmişdir (Fussilət, 41/2), O, Rəhmandır. Quranı O öyrətdi. İnsanı O yaratdı. İnsana özünü ifadə etməyi O öyrətdi, Günəşi Ayı mükəmməl bir hesabla yörüngələrində hərəkət etdirən Odur. Ulduzlar ağaclar (Onun əmrinə) boyun əyərlər... (Rəhman, 55/1-6)

Qurani-Kərimdə ər-Rəhman adının ən çox işləndiyi yer Məryəm surəsidir, bu surədə ər-Rəhman adından on altı dəfə istifadə edilmişdir. Surədə uca Allahın elçilərindən danışılır, ər-Rəhman olan Allah onlara yardım edir.

Bu surədə tövhid inancını təmsil edən hz. İbrahim şirkin təmsilçisi olan atasına deyir ki, şeytana deyil, Rəhmana qulluq et (Məryəm, 19/44-45), o, qövmü ilə, atəşlə, xanımı ilə, övladı ilə sınanır, ər-Rəhman olana sığınır, təslim olur, uca Allah da Onu rəhməti ilə qoruyur.

Bu surədə övladsızlıqla sınanan hz. Zəkəriyyəyə ər-Rəhman olan Allah müjdə verir.

Bu surədə hz. Məryəmə müjdə verilir. Bu surədə hz. Məryəm ona müjdə üçün gələn mələkdən ər-Rəhmana sığınır (Məryəm, 19/18), çünki O, mütləq rəhmətin qaynağıdır, mələk Onun rəhmətinin əlamətidir, Onun rəhmətini Məryəmə çatdırmaq üçün gəlmişdir. Məryəm orucunu ər-Rəhmana həsr etmişdir (Məryəm, 19/26).

Məryəm surəsində uca Allah buyurur ki, elçilər ər-Rəhmanın ayələri oxunanda səcdəyə qapanırlar (Məryəm, 19/58), surə deyir ki, cənnəti vəd edən Rəhmandır (Məryəm, 19/61), O, Rəhmana üsyan edənləri cəhənnəmdə toplayacaq (Məryəm, 19/69), yolunu azana möhlət verən Rəhmandır (Məryəm, 19/75), təqva sahibləri Rəhmanın hüzurunda dəyərli qonaqlar kimi qarşılanacaqlar (Məryəm, 19/85), hesab günündə Rəhman ilə bağladığı iman sözləşməsinə sadiq qalanlardan başqa, kimsə şəfaətə nail olmayacaq (Məryəm, 19/87).

Məryəm surəsində uca Allah buyurur ki, Rəhmanın övladının olduğunun iddia edənlər var (Məryəm, 19/88), bu o qədər ağır bir iftiradır ki, “sanki göylər paramparça olacaq, yer yarılacaq, dağlar toz-duman olacaqdı” (Məryəm, 19/90), Rəhmanın oğlu var demək çirkin bir iddiadır (Məryəm, 19/91), Rəhmanın oğlunun olması mümkün deyil ki (Məryəm, 19/92), mütləq olan bir şey var, sonda hər kəs Rəhmanın hüzurunda toplanacaq. (Məryəm, 19/93)

Məryəm surəsi bu mesajlarla bitir: sevgini var edən Rəhmandır, “iman edən saleh əməlləri olanlar üçün Rəhman özəl bir sevgi var edəcək”, (Məryəm, 19/96) yəni mərhəməti sevgisinin meyvəsidir...

Ardı var...

 

0.014322996139526