Ermənistan rəhbərliyi qorxu və narahatlıq içindədir

 

 

 

Ermənistan rəhbərliyi qorxu və narahatlıq içindədir   
 

Paralel.az xəbər verir ki, Ermənistan rəhbərliyindən narazılıq yaranıb. “Qarabağın müasir tarixində ilk dəfə olaraq rəhbərlik müstəqillik günü münasibətilə ora getmədi. Bunun səbəbi Ermənistan rəhbərliyinin qorxu və narahatlığındadır”. Bunu Beynəlxalq İnsan İnkişafı Mərkəzinin rəhbəri Tevan Poqosyan deyib: “İki qorxu - bir ölüm. Rəhbərlik bəlkə də vəzifələrini itirməkdən, bəlkə də Azərbaycanın və Əliyevin reaksiyalarından, ehtimal olunan təxribatlardan qorxurlar. İndiki çətin vaxtda Ermənistan hakimiyyəti Qarabağı heç vaxt olmadığı kimi dəstəkləməli, yanında dayanmalı idi. Ermənistan rəhbərliyi anlamalıdır ki, Azərbaycan tərəfi dəyişməyib və gələcəkdə də təxribatlara əl atacaq.

Ermənistan prezidenti və baş nazirin səfəri ermənilər üçün Stepanakertin İrəvanla eyni paytaxt, Artsaxın da Ermənistanla eyni erməni dövləti olması olardı. Biz bunu etməyənə qədər Azərbaycan tərəfində məsələləri güc yolu, erməniləri bölgədən sıxışdırmaq yolu ilə həll edə bilmək fikri güclənəcək”.

Nigar

0.012685060501099