Dərsliklərdəki müəyyən mövzuda tam məlumat verilmir
 

 

 

Dərsliklərdəki müəyyən mövzuda tam məlumat verilmir   
 

Orta məktəblərə aid bəzi dərsliklərdə problemin olması fikri səsləndirilib. Bu, 6-cı siniflər üçün nəzərdə tutulan “Azərbaycan tarixi” dərsliyindəki tarixi uyğunsuzluqla bağlıdır. Belə ki, dərslikdə qeyd edilib ki, eneolit dövründə insanlar ilk dəfə metalla, yəni mislə tanış olublar. Lakin həmin dövrdə misdən geniş istifadə olunmayıb. Dərslikdə daha sonra, tunc dövründə isə metalişləmənin yarandığı qeyd edilib. Şagirdləri də çaşdıran odur ki, misdən metal olaraq eneolit dövründə istifadə olunubsa, nə üçün tunc dövründə metalişləmə yaranıb. Kitab müəllifləri burada fikrin anlaşılması üçün məsələyə aydınlıq gətirən məlumatlar verməlidirlər. Lakin bu, yaddan çıxdığından şagirdlərdə çaşqınlıq yaranıb və nəticə də imtahan suallarında özünü göstərib.

Paralel.az,  Nigar

0.020739078521729