Tapdıq Abbas yazır...

Tapdıq Abbas yazır...
 

Axşam vaxt ayırıb Avropanın çırtdan dövlətlərindən olan Lüksemburqla Azərbaycanın futbol üzrə milli yığma komandalarının oyununu çox təəssüf və qəzəblə seyr etdim!..
Çünki ölkənin kənd yaşayış məntəqələrində xalq arasında geniş yayılmış, hətta "eşşəkbeli", "qığmərə" kimi oyunları oynamağı bacarmayan, lakin ölkənin sərvətlərini dədəsinin malı kimi, ailə üzvlərinə, qohum-əqrabasına eninə-boyuna dağıdan SOCAR-ın bəstəboy prezidenti Rövnəq Abdullayevin başçılıq etdiyi ölkə futbolu "çirkli pulların yuyulmasına" xidmət edən sahəyə çevrildiyinə görə, ölkə futbolu özünün çox pis günlərini yaşayır!
Düşünürəm ki, BMT məmurların vicdanlılıq dərəcəsi üzrə dünya çempionatı keçirsəydi, çox güman ki, Azərbaycan dünya çempionatında futbol üzrə turnur cədvəlində axırıncı yeri tutduğu kimi, yəqin, Azərbaycan məmurları vicdan yarışmasında da axırıncı yeri tutardılar! Çünki dünyada hər şey, hətta ən ali qanunlar belə, insan VİCDANı üçün hesablanıb!!!..

Paralel.az

0.099838018417358