Tapdıq Abbas yazır...

Tapdıq Abbas yazır...
 

TƏKLİF EDİRƏM:

Cənab Prezidentin təşəbbüsü ilə jurnalistlər üçün tikilmiş bina ilə yanaşı, həmin binadakı mənzilləri Şəhid ailərinə və Qazilərə vermək üçün ölkə Prezidentinə müraciət edən 38 nəfərin, məmurların, deputatların, dövlətdən bu və ya digər ad altında aldıqları evlər və villalar Şəhid ailələrinə, Qazilərə və Müharibə əlillərinə verilsin!!!
Media və burada çalışan jurnalistlər üçün dünyanın inkişaf etmiş ölkələridə, o cümlədən qardaş Türkiyədə olduğu kimi, Mediaya iqtisadi azadlıq verən REKLAM problemi mütləq həll olunsun! Bunun əvəzinə, Azərbaycanda məhdud sayda mediaya cüzi maddi yardım göstərməklə onların müstəqilliyini əlindən almaq və jurnalistlərə ev vermək adı altında, əksəriyyəti mediaya heç bir dəxli olmayan, məmur trollarından ibarət olanlara mənzil vermək absud hərəkətdir! Bu, həm dövlətin media siyasətini iflasa uğradır, həm də dövlətin idarə olunmasında mühüm rol alan medianı və jurnalistikanı sıradan çıxardır! Media və jurnalistikanın məhvi hökumətin məhvi deməkdir! Ən doğru siyasət isə jurnalistlərin çalışdıqları media orqanlarına qanunda təsbit olunmuş azadlıq, müstəqillik və reklam verilməsi tam təmin olunmalıdır! Bunun hesabına ölkə mediası sürətlə inkişaf edəcək, iqtisadi stimul hesabına bu sahəyə təsadüfi adamlar yox, peşəkarlar gələcək və ölkə mediası dünya mediasının bir hissəsinə çevriləcək. Jurnalistlər layiq olduğu yüksək rifaha çatacaq, azad, müstəqil fəaliyyəti və rifahı ona bəxş edən Xalqı, Dövləti və hökuməti müsəlləh əsgər kimi, vicdan və sevgi ilə müdafiə edəcək!!!

Paralel.az

0.019751787185669