Pestisid artıq çəkiyə səbəb olur
Paralel.az xəbər verir ki, beynəlxalq tədqiqatçılar qlobal piylənmə epidemiyasında ümumi pestisidin günahkar olduğunu bəyan edib. Söhbət dünyanın əksər ölkəsində və Rusiyada zərərvericilərə qarşı mübarizə üçün geniş istifadə olunan xlorpirifosdan gedir.Tədqiqatçılara görə, xlorpirifos insan enerjisi istehlakı baxımından qəhvəyi yağların enerjini yandırmasını gündə 40 kalori azaldır. Bu, adi səslənsə də, yetkinlərdə piylənmə üçün kifayətdir. Hər gün 40 əlavə kalori yığmaq isə ildə iki kiloqramdan çox kilo almağa səbəb olur. O da qeyd edilib ki, çirkli hava artıq çəki qazanmağın səbəblərindən biri ola bilər.
Nigar